EKSKLÜZİV
Murad Dadaşov yeniliyə hazırlaşır
23-08-2019

Xalq artisti Murad Dadaşov “Maşın”, “Davam ya tamam”, “Özünü tanıt”, “Mərc şou” kimi realiti şoulardan sonra yenilik etməyə hazırlaşır.
Mtv.az xəbər verir ki, sənətçi sahibi olduğu “M Group Production” şirkəti vasitəsilə məşhur “Survivor” və “Master Chef” yarışmalarının da lisenziyasını alıb.
O, bunun üçün “Endemol Shine” şirkətinə müraciət edib.
Bir müddətdir layihələri əlində saxlayan M.Dadaşovun proqramları nə vaxt yayımlayacağı isə bəlli deyil.
Xatırladaq ki, lisenziyanı almaq sənətçiyə böyük məbləğə başa gəlib.
749 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 Mart
4 Mart