EKSKLÜZİV
Ağadadaş Ağayev konsert verməməsinin səbəbini açıqladı: "Sponsorlar təşəbbüs göstərmirlər"
07-07-2018

Xalq Artisti Ağadadaş Ağayev "Muz Life"yə verdiyi müsahibəsində konsert verməməsinin səbəbini açıqlayıb.
Muztv.az xəbər verir ki, sevilən sənətçi sponsorların təşəbbüs göstərmədiyini bildirib:
“Pullu konsert olsa çıxış edərəm. Tək pula görə yox, zəhmətim dəyərlənəcəksə hər zaman hazıram. Mən istədiyim səviyyədə təşkil olunacaqsa konsert verərəm. Təşkilatçılar, sponsorlar deyirlər ki, “ev danasından öküz olmaz”. Başqasına üz tuturlar. Xalqıma qurban olum, onların çörəyi ilə böyümüşük, sponsorlar özlərinə qurban olsunlar. Bu yaxınlarda Türkiyədən bir müğənni gətirmişdilər Bakıya, mən şəxsən çox utandım”.
Günel Əliyeva
1278 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Yanvar
18 Yanvar