Bu il konsert verməyi düşünən Zamiq Hüseynov “Varmı” adlı klipini təqdim edəcək

Müğənni Zamiq Hüseynov Azərbaycanda ən çox klip çəkən müğənnilərdən biri olduğunu açıqlayıb.
Muztv.az xəbər verir ki, müğənni kliplərinə təqdimat keçirməyi sevmədiyini bildirib:
“Təqdimatları sevmirəm, yeni işlərimi rəsmi “You-Tube” portalıma yerləşdirirəm. Bəzi klip saatı olan televiziyalara təqdim edirəm. Klip təqdimatı artıq neçə illərdir etmirəm”.
İfaçı bu il konsert vermək barədə də düşündüyünü dilə gətirib:
“Naxçıvanda Heydər Əliyev Sarayında möhtəşəm konsertim oldu. Onun davamı olaraq da istəyirik Bakıda konsert verək”.
Xatırladaq ki, Zamiq Hüseynov yaxın zamanda “Varmı” adlı klipini təqdim edəcək.
Bununla bağlı süjetə iyulun 4-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Günel Əliyeva
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
