Monika Belluççi imicini dəyişdi - foto 
Serialın ulduzu sinəsini göstərdi - foto
Müğənni oğlu ilə oynadı - video
"Xatun haqqında danışmağa qadağa var" - rəqqasə

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Yeni klipini təqdim edən Çingiz Mustafayev lağa qoyulan geyimindən danışdı

03-07-2018


Gitara ifaçısı, gənc müğənni Çingiz Mustafayev “Get” adlı yeni klipini sevənlərinin ixtiyarına verib.

Muztv.az xəbər verir ki, ifaçı fərqli tərzdə mahnı ifa etdiyini və buna qərar verməkdə çətinlik çəkdiyini dilə gətirib:

“Kommersiya üçün hazırlanan ifadır. Mən 2-3 ildən bir belə mahnı səsləndirirəm. Mahnın sözlərini dostum Elvin ilə birgə yazmışıq. Klipi 4-5 saat ərzində Qobustanda lentə aldıq”.

Çingiz mahnıda sevgidən çox üsyanı əks etdirdiyini bildirib:

“Nəqarətdə “İndi get həvəsini öldür” kimi sözlər işlədilir. Yəqin ki, heç bir Azərbaycan kişisi bunu qadına deməz. İfamda sevgidən çox üsyan var”.
 
Hər zaman fərqli tərzi ilə diqqət çəkən müğənni ekran əsərindəki şalvarının tənqid olunduğunu da bildirib:

“Çoxları şalvarıma lağ edir. Bu geyimi daha çox Hindistanda yoqa ilə məşğul olan insanlar istifadə edir. Kişi şalvarıdır, bizdə isə birmənalı qarşılanmadı”.


Bununla bağlı süjetə iyulun 3-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

363 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr
































16 Noyabr