Duet ortaqları evləndilər
Hazal Kaya hamilə olduğunu etiraf etdi
Fatimə sosial şəbəkədə yazdı 
Model pəncərə qarşısında çılpaq şəkil çəkdirdi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Rəqiblərim sevinməsinlər, gəlirəm...”-  Rəna Ağamuradova kimə ismarıc göndərdi?

30-06-2018


Bu yaxınlarda əməliyyat olunan rəqqasə Rəna Ağamuradova “Muz Life”ın kameralarına müsahibə verib.

Muztv.az xəbər verir ki, Renka övladlarının şou-biznesdən uzaq olduğunu açıqlayıb:

“Mənim uşaqlarım tam fərqlidirlər. Şəkil çəkdirməyi belə sevmirlər. Onları harasa güclə apara bilərəm. Onlar şou-biznesdən uzaqdırlar”.  

Bununla belə cazibədar rəqqasə gələcəkdə uşaqlarının həyatına müdaxilə etməyəcəyini də etiraf edib:

“Əgər uşaqlar nəyisə istəmirlərsə, biz onları məcbur etmirik. Oğlumun biri deyir ki, şahmata gedirəm, o birisinin futbola marağı var. Qızım deyir ki, pionina istəyirəm. Ona görə də ürəkləri nə istəyir onu da etməliyəm”. 

Əməliyyat olunan Rəna bunun səbəbini açıqlayıb. O, durumu ilə bağlı kimlərəsə ismarıc göndərməyi də unutmayıb:

“Əməliyyat olunmuşam. Hərdən məndən soruşurlar ki, bu sənə lazım idi? Həm səhhətimlə bağlı idi, həm də görünüş. Xoşlayıram ki, hər şey ideal olsun. Sağalmağıma az qalıb. Rəqiblərim sevinir ki, oynamıram, sevinməyin, az qalıb, gəlirəm. Daha maraqlı olacaq, qoy bir az mənim üçün darıxsınlar”. 

Bununla bağlı süjetə iyunun 30-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

376 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May


24 May