“Arctic open”də smartfonla çəkilişi öyrədiləcək
Aktrisa rəfiqələri ilə tətilə getdi - foto
Şəbnəm açıqlaması ilə gündəm yaratdı
Model sevgilisi ilə çılpaq foto çəkdirdi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Vətəndən getmək istəmirəm" - ABD Malik istedadların ölkəni tərk etməsindən təəssüflə danışdı

29-06-2018


Müğənni ABD Malik tədbirlərdən birində "Muz Life"nin kamerasına tuş gəlib.

Muztv.az xəbər verir ki, sevilən ifaçı söhbətimizin əvvəlində “Dəyirman” qrupunun sabiq solisti Elmirin Azərbaycanı tərk etməsindən təəssüflə söz açıb:

“Çox təəssüf ki, bizim Elmir ölkəmizi tərk edib. Artıq Nyu-Yorkda yaşayır. Qərara gəlib ki, həmişəlik orada yaşasın. Pis oluram ki, Elmir kimi istedadlı uşaqlar ölkəni tərk edirlər. Həyat davam edir. Elmirin yanına gedəcəyik. Hələlik mən vətənimdən getmək istəmirəm,  Elmir də getmək istəmirdi, amma qismət, özünü sınamaq istəyir”.   

Azərbaycandan uzaqlaşmaq fikrində olmadığını söyləyən Malik fikrini belə izah edib:

“Yəqin ki, mən getmərəm. Bu yaşdan sonra yox, olmaz. Məni vətənimdə çox şey saxlayır. Ailəm, uşaqlarım, ətir brendlərim, dostlarım, valideynlərim”.   

Bununla bağlı süjetə iyunun 29-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

412 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17




16