Duet ortaqları evləndilər
Hazal Kaya hamilə olduğunu etiraf etdi
Fatimə sosial şəbəkədə yazdı 
Model pəncərə qarşısında çılpaq şəkil çəkdirdi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Qara qız”ların simvolu olacaq - Şamil Vəliyev yeni mahnısı ilə iddialı şəkildə geri dönür

27-06-2018


İllər öncə yayımlanan “Yeni ulduz” yarışmasının iştirakçısı, “Xan” qrupunun solisti, eyni zamanda solo fəaliyyət göstərən gənc müğənni Şamil Vəliyev “Muz Life”ın qonağı olub.

Muztv.az xəbər verir ki, sənətçi “Qara qız” adlı yeni mahnısı ilə iddialı şəkildə geri dönüş edir.

“Dostum Şöhrətlə bir yerdə əyləşmişdik. Mənə dedi ki, ona yeni mahnı üçün bir ideya verim. Mən də dedim “Qara qız”. Daha sonra bu ideya üzrə mahnı yazıldı. Müğənni Elnar Xəlilov mahnının sözlərinə düzəliş verdi. Bəstə öncə telefonun diktafonuna yazıldı, tez bir zamanda sosial şəbəkədə tanındı. Mahnı aranjimana verilib. Klip də çəkdirəcəyik”. 

Ş.Vəliyev sənətində keyfiyyətdən çox maddi tərəfləri düşünmədiyini etiraf bəyan edib:

“Ümumiyyətlə, mahnı hazır olanda onun gəlir tərəfini düşünmürəm. Çünki nəyin dalınca qaçırsansa, ümid bəsləyirsənsə, o alınmır. Bizim sənət elədir ki, hamımız onun vurğunu, fanatıyıq. “Qara qız” da oynaq janrdadır. Çoxdandır belə bir mahnıya üz tutulmayıb. Əminəm ki, seviləcək, qara qızların simvolu olacaq”.    

Bununla bağlı süjetə  iyunun 27-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

493 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May


24 May