Serialda tərəf müqabili olacaqlar
Məşhur reper evləndi
Almaz Ələsgərli ikinci dəfə nənə olacaq
Lolita rəsmi şəkildə boşandı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Əhməd Mustafayev onu təhqir edəni polisə verdi - eksklüziv

26-06-2018


Gənc müğənni Əhməd Mustafayev sosial şəbəkələrdə onları təhqir edən izləyicilərindən söhbət açıb.

Muztv.az xəbər verir ki, ifaçı başına bir dəfə belə bir hadisə gəldiyini və polisə müraciət etdiyini bildirib:

“Bir dəfə başıma gəlmişdi. Artıq bezmişdim. Müvafiq orqanlara müraciət etdim. Həmin şəxsi tapdılar, onları heç tanımırdım. Niyə məni təhqir etdiyini soruşdum, dostları ilə bağlı açıqlama verdi. Polis əməkdaşlarının öhtəsinə buraxdım, onlar da cəzalandırdılar. Bir çoxları dedi ki, bunu çək işıqlandır. İnstaqram səhifəndə paylaş. Bunu biz yox, polislər işıqlandırsa daha yaxşı olar”.

Əhməd həmkarı Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətməsi və bu görüntüləri əks etdirən videonu yaymasını düzgün hesab etmədiyini bildirib:

“Kərimi çox istəyirəm, amma belə etməsin”.

Bununla bağlı süjetə iyunun 26-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

512 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Oktyabr


23 Oktyabr