Oskar laureatı yeni filmə çəkiləcək
Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Hər bir müğənninin səsi onun ağlı ilə idarə olunmalıdır” – Nailə Mirməmmədi ilə maraqlı görüş

25-06-2018


MUZ TV Azərbaycan kanalı Əməkdar İncəsənət Xadimi, musiqişünas, bəstəkar Nailə Mirməmmədlinin evində qonaq olub.

Muztv.az xəbər verir ki, piano ifaçısının tələbələri də onu tək buraxmayıb.

Nailə xanım söhbətimizin əvvəlində son illərdə efirə çıxan bəzi müğənniləri zövqsüz və təhsilsizlikdə günahlandırıb:

“Kimdə gözəl ifa tərzinə meyllilik varsa, bu sənəti davam etdirmək istəyirsə, yaxşı olar ki, təhsil alsınlar. Efirlərə elələri çıxır ki, təhsili yoxdur, zövqü də düzgün cilovlamayıb. Əfsuslar olsun ki, onlar elə bilirlər ki, illərdir səhnədədirlər, oxuyurlarsa vəssalam. Onlar sadəcə kamera qarşısına çıxıb yalnız özlərinə xoş gələn musiqini ifa edirlər. Həmişə ətrafımda ailədən yaxşı tərbiyə alanlar qalır. Mən onlardan xüsusi nəsə də tələb etmirəm. Tələbələrim evimdə olan abu-havadan da hiss edirlər ki, mən özümü istədiyim kimi apara bilmirəm. Elə adam var ki, fikri yalnız sənətdədir. Elələri də var ki, sadəcə özlərini, geyimini, hansı ailədən çıxdığını reklam etmək üçün efir çıxırlar. Mən bir pedaqoq kimi istəyirəm ki, hər bir gəncimiz həyatda öz yerlərini tapsınlar. Əgər o yerində deyilsə, inanın ki, başqa sahədə daha çox xeyir verə bilər”.  

Müğənninin fakturasının vacibliyini vurğulayan Nailə Mirməmmədli ifaçılıqda xüsusi istedadın da lazım olduğunu qeyd edib:

“Faktura da önəmlidir. Sevilməyinə görə vacibdir, amma bəzən istedad o qədər güclü olur ki, onun görünüşü, saçı, tərzi diqqət çəkmir ki, bu müasir müğənni kimi geyinməyib. Yəni talant onu da üstəliyə bilir. Tələbəni dinləyirəm, səs tembri odursa, onu qəbul edirəm. İstedadı var amma mütləq təhsil lazımdır ki, həmin ifaçı kortəbii oxumasın, ifasını təsəvvür etsin. Musiqinin bütün predmetlərini bilməlidir. Sabah elə xanəndələrlə elə çevrəyə düşə bilər ki, orada özünü itirə bilər. Deyəndə ki, “Şur” muğamında oxu, gözünü dördd açmasın”. 

Bəstəkar əsl müğənniyə xas olan keyfiyyəti söyləməyi də unutmayıb:

“Hər bir müğənnidə səs onun ağlı ilə idarə olunmalıdır. Yoxsa səs hara apardı, ağıl da ora getdi, elə olmur. Səs sənə tabe olmalıdır. Mənim bu uşaqlara böyük ümidlərim var. Doğrudan da istedadlı gənclərimiz var”.  

Nailə xanımın “Sunrise” qrupu müəllimləri haqqında yüksək fikir söyləyərək ona layiqli tələbə olmağa çalışdıqlarını söyləyiblər:

Nadir Rüstəmli:  “Nailə xanım bizim həyatımızdakı o musiqi boşluğunu doldurdu, buna görə ona minnətdaram. Ümid edirik ki, onunla birgə böyük uğurlara imza atacağıq”.  

Xəyal Rüstəmov: “Musiqi sahəsində biliklərə yiyələndikcə özümüzdə inkişaf hiss edirik. Nailə xanımın dediyi kimi, mahnıları təsəvvür edirik. Ona layiqli tələbə olmağa çalışacağıq”.  

Məxfirət Hüseynova: “Bir il olar ki, Nailə xanım müəllimimdir. Hər zaman fikirləşirdim ki, hansı müəllimin yanına gedim ki, özümü sübut edim. Bu gün çox xoşbəxtəm, nə yaxşı ki, məhz Nailə Mirməmmədlini seçmişəm”.    

Bununla bağlı süjetə iyunun 25-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 



























622 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16






















15