Serialda tərəf müqabili olacaqlar
Məşhur reper evləndi
Almaz Ələsgərli ikinci dəfə nənə olacaq
Lolita rəsmi şəkildə boşandı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Sosial şəbəkələr göstərici deyil” – Eldar Qasımov əsl xoşbəxtliyin səbəbini açıqladı

23-06-2018


“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov “Muz Life”a maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, sənətçi sosial şəbəkələrin müğənninin sənətinə qiymət vermək baxımından vacib yükə malik olmadığını deyib:

“Ümumiyyətlə, sosial şəbəkələr göstərici deyil. Mənim üçün vacib olan insanların keyfiyyətinin göstəricisidir. Hər bir izləyicim seçilmişlərdir. Onlar dəbə uyğunlaşsın deyə, kiminsə fikri ilə yox, məni bəyənən, görmək istəyən insanlar orada toplaşıblar. Buna çox şadam. Arxamla gedən hər bir insanla fəxr edirəm. Bu mənada xoşbəxtəm”. 

Eldar “yalançı izləyici” toplayan həmkarlarını qınayaraq bunu mənfi amil kimi qiymətləndirib. O, əsl xoşbəxtliyinin səbəbini də izah edib:

“Bəzi müğənnilər “fake” izləyiciləri də ala bilir. Hər şey mümkündür. Düşünürəm ki, elə insanlar özlərini aldadırlar. Bəlkə də ifaçıya qulaq asan elə böyük kütlə var ki, heç onların “İnstaqram”ı yoxdur. Ümumiyyətlə, onlar sosial şəbəkələrdə olmaya, sadəcə “youtube”a daxil olub mahnılara qulaq asa bilərlər. Həqiqətən 5 nəfər izləyicim olsun, amma əmin olum ki, hər zaman onların dəstəyini görəcəyəm. Onlar şəxsən mənim üçün seçilmiş insanlardır”. 

Bununla bağlı süjetə iyunun 23-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

324 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Oktyabr


23 Oktyabr