Aktrisa yeni seriala çəkilir
Bülənt Ərsoy münsif olacaq
Hamiləlik fotosu ilə gündəm yaratdı 
Müğənni və aktrisahamını təəccübləndirdi - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Bu sənət dedi-qoduludur, istəyirəm qızımın başı sakit olsun ”- Emil Bədəlov qadağa qoydu

21-06-2018


Müğənni Emil Bədəlov tədbirlərdən birində kameramıza böyük qızı Səadətlə birgə görüntülənib.

Muztv.az xəbər verir ki, suallarımızı cavablandıran Emil qızının gələcəkdə həmkarı olmasını istəməyib. Səbəbi isə belə izah edib:

“Bu sənət dedi-qodulu sənətdir. Bu sənətdə bizim qeyrətli xanım ifaçılarımız, aparıcılarımız var. İstəyirəm qızımın başı sakit olsun. Əziyyət çəkməsin. Peşəmiz əziyyətlidir”.  

Qızları ilə fərəhlənən Bədəlov qız və ya oğlan övladı arasında heç bir fərq qoymadığını etiraf edib:

“Mənim iki qızım var. Hər ikisi ilə fərəhlənirəm. Çox sevinirəm ki, qızlarım var. Onları sevirəm. Fərqi yoxdur övlad qız ya oğlandır. Əsas odur ki, əməli saleh olsunlar”. 

Xatırladaq ki, Emil Bədəlov Xalq Artisti, tarzən Firuz Əliyevin qızı  Xanımla ailəlidir. Onların Səadət və Zeynəb adlı iki qızı var.

Bununla bağlı süjetə iyunun 21-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 





581 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 İyun






















1 İyun