Beyons konsert vermək istəmədi
Eldar saçını yaşıl rəngə boyadı - foto
Rəqqasə anası və bacısından şikayət etdi
Halük Levent Bakıda xeyriyyə konserti verdi - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Ailə həyatı qurmağımın yubanması caduya görədir" - Namiq Qaraçuxurlu pulu haramla qazanmaq istəmir

19-06-2018


Bir müddət əvvəl ona cadu edənlərlə bağlı açıqlama verən meyxanaçı Namiq Qaraçuxurlu fikirlərini təhrif edən sayt işçilərini qınayıb.

Muztv.az xəbər verir ki, sənətçi "Muz Life"yə açıqlamasında mövzu ilə bağlı məlumatın izləyicilərə düzgün çatdırılmamasını iddia edib:

“Son vaxtlar qəribə bir hal baş verir. Sən danışırsan, onu başa düşmürlər və tam başqa bir şeylər yazırlar. Mən demişdim ki, bir nəfər mənə filankəsin gününə qalacaqsan dedi. Yəni, falçı demədi, onu elətdirən adam dedi. Bu gün isə saytlardan oxuyuram falçı Namiqə filan sözü deyib. Bunlar nəyə qulaq asırlar? Mənə qəribə gəlir. Artıq bu ay ərzində dördüncü dəfədir ki, belə bir hal baş verir. Həyatım boyu falçıya getməmişəm. Əvvəllər bir-iki dəfə kimsə gedəndə yanında getmişəm”.

Meyxanaçı həyatındakı bəzi məqamları cadu ilə əlaqələndirib:

“Mənim ailə həyatı qurmağım yubandı. Ola bilər caduya görədir. Ola bilər ki, mən ayda min manat qazana bilərəm, üç yüz manat qazanıram. Amma bu mənə kifayət edir. Bilirəm ki, falçıya getmək haramdır. Mən o günahla yollarımı açıb pul qazanmaq istəmirəm. Üç yüz olsun, bəsimdir. Bu mübarizələrin qarşısında mənə deyirlər ki, get falçıya və mən getmirəm. Sonda isə ad qoyurlar ki, Namiq falçıya gedib, falçı belə deyib. Yəni bu adama təsir edir”

Bununla bağlı süjetə iyunun 19-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.


 

676 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Dekabr




































13 Dekabr