Aktrisa qızla öpüşərkən yaxalandı - foto
“Artım”da növbəti film təqdimatı olacaq
Alman model İtaliyada dincəlir - foto
Sibel Canın qızı Melisa Ural iş qadını olur

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Mən şeiri ayaqlar üçün yazmıram” – Baba Vəziroğlu susqunluğunu pozdu

20-06-2018


Əməkdar İncəsənət Xadimi, şair Baba Vəziroğlu “Muz Life”a maraqlı açıqlamalar verib.

Muztv.az xəbər verir ki, gündəmi etirafları ilə pozan nasir hər müğənni üçün şeir yazmadığını bildirib:

“Yazdığım şeiri elə bir qiraətçinin dilindən eşitmək istəyirəm ki, o şeiri duysun, məndən yaxşı oxusun. Amma mahnı sintez sənətidir. Onu gərək elə ifaçı oxusun ki, mənim duyğularımı, bəstəkarın düşüncələrini, mahnının fəlsəfəsini çatdıra bilsin. Onu ritmə salıb ancaq camaatın ayaqlarını oynadacaqsa nəyə lazımdır? Axı mən o şeiri ayaqlar üçün yazmamışam. Mən beyin, təfəkkürlər üçün yazmışam”. 

Baba Vəziroğlu bayağılıqdan qaçaraq “toy biznesi” ilə məşğul olan müğənnilərdən uzaq olduğunu etiraf edib:

“Toy biznesi üçün çalışan, həyatını ona sərf edən ifaçılarla axı mən necə işləyim?! Mənim öz zəhmətimə, bəstəkarın əziyyətinə heyfim gəlir. Heç kimin çörəyinə bais ola bilmərəm. Mən öz əziyyətimi elələrinə halal etmirəm. Doğrudan da o mahnıları çox çətinliklə yazıram. Eləcə də bəstəkar. O mahnını zər hesab ediriksə, istəyirik ki, bəstə zərgər əlinə düşsün”.   

Bununla bağlı süjetə iyunun 20-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva

494 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


























19