Müğənni başdan ayağa ağ geyindi
Aktrisa vaxtını restoranda keçirir - foto
Sevda Sanəliyeva suallardan yayındı
Müğəni Avropa konsertini təxirə saldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Lazım olan işləri gördük” - vəzifəsindən istefa verən Samir Cəfərov bəzi məsələlərə aydınlıq gətirdi&l

18-06-2018


Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Samir Cəfərov bir müddət əvvəl tutduğu vəzifədən könüllü ayrılıb.
 
Muztv.az xəbər verir ki, mövzu ilə bağlı ilk dəfə sənətçi “Muz life”a açıqlama verib:
 
“Bir ilə yaxındır ki, orada çalışırdım. Sadəcə olaraq, Bakıda işlərim çoxdur. Yaradıcılığım ikinci plana düşürdü. Amma orada lazım olan işləri gördük. Filarmoniya fəaliyyətdədir. Düşünürəm ki, məndən sonra hər hansı bir direktor gəlsə, onda problem olmayacaq. Problemsiz heç nə yoxdur. Sadəcə, mənim vaxt məhdudiyyətim var. Yaradıcı insanam, Xalq Artistiyəm. Ona görə də, öz işimlə məşğul olmağım daha yaxşıdır”.
 
Bir müddət əvvəl həmin filarmoniyanın rəsmi işçisi olan prodüser Tarix Əliyevin işdən çıxarılması bağlı xəbər yayılsa da, bu məlumat özünü doğrultmamışdı. Samir Cəfərov bu məsələ ilə yanaşı, elə cə də ölkənin bir nömrəli prodüseri ilə arasında hər hansı mübahisənin olub-olmamasına da aydınlıq gətirib:
 
“Əsas onlar mənimlə yola getsinlər. Mənim onlarla yola getməyim çox da vacib deyil. Tolik öz işini bacaran bir insandır. İstedadlı insandır və belə insanlara dəstək olmaq hər kəsin boynunun borcudur”.

Bununla bağlı süjetə iyunun 18-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
 

 

252 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 İyul








































14 İyul