Aktrisa qızla öpüşərkən yaxalandı - foto
“Artım”da növbəti film təqdimatı olacaq
Alman model İtaliyada dincəlir - foto
Sibel Canın qızı Melisa Ural iş qadını olur

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Oriyentalı mən marka etmişəm” – rəqqasə Aytən qəbul şərtlərini açıqladı

19-06-2018


Uzun illərdir rəqsləri ilə gündəm yaradan rəqqasə Aytən “Muz Life”a iddialı açıqlama verib.

Muztv.az xəbər verir ki, tələbələri barəsində ağızdolusu danışan Aytən şərtlərini açıqlayıb:

“Tələbələr dedikdə, elələri var ki, sırf arıqlamaq üçün və ya bir-iki hərəkət öyrənmək üçün gəlirlər. Onları qəbul etmirəm. Rəqqasə olmaq istəyənləri götürürəm. Hazırda biri oğlan, üçü qız olmaqla dörd tələbəm var”. 

Rəqqasəlikdən başqa, özünə şəxsi biznes də quran sənətçi ümidsiz olmadığını dilə gətirib:

“Hələlik biznesimdən gəlir gözləmirəm, daha çox rəqsimdən qazanıram. Bir müddət "pul batırdım", ona görə də səbrli olmalıyam. Ayaqqabı mənim hobbimdir. Mən oryentalı da marka etmişəm. Bir ara işlərim çətin oldu, külli miqdarda pul qoydum, inanıram ki, gələcəkdə çox gözəl olacaq. Məndə bir adət var, bir də görürsən 4 ay sırf ya biznesimlə məşğul oluram, ya da ki əksinə, sənətimlə. İndi rəqsimin sezonudur. Hazırda sənətimlə məşğulam. Bir oğlan var, onu efirə çıxartmalıyam, yeni imic, rəqs, paltarlar barədə düşünürəm. Yeniliklərimi 15-20 günə təqdim edəcəyəm ”.

Bununla bağlı süjetə iyunun 19-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

395 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


























19