Müğənni başdan ayağa ağ geyindi
Aktrisa vaxtını restoranda keçirir - foto
Sevda Sanəliyeva suallardan yayındı
Müğəni Avropa konsertini təxirə saldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Öz cığırımdan çıxmıram” - bayağı mahnıdan uzaq olan Kamil Cəfərov sənətə fərqli yanaşır

18-06-2018


Müğənni Kamil Cəfərov “Muz Life”a diqqət çəkən müsahibə verib.

Muztv.az xəbər verir ki, sənətinə muğamla başlayan sevilən ifaçı yay aylarında daha çox sənəti üzərində çalışacağını qeyd edib:

“Yeni mahnılar üzərində çalışırıq. Bir az istirahət etmişəm. Yayda da çox yox 10 gün istirahət edəcəyəm. Ardınca yenə işlərim haqqında düşünəcəyəm ”. 

O, əcnəbi repertuara müraciət edəcəyini də gizlətməyib:

“Həm bəstəkar, həm də fars mahnısı oxuyacam. Fars mahnısını Azərbaycan dilində ifa edəcəm, sözsüz ki, müəllifləri qeyd edəcəm. Bəstəkar Elvin Mehmanlının bir bəstəsini ifa edəcəm. Bundan əlavə, köhnə mahnılarımıza da yeni nəfəs qataraq ifa edəcəm”.    

Əsl ifaçının hərtərəfli olmasını vacib hesab edən müğənni bayağı mahnılardan qaçdığını çəkinmədən bəyan edib:

“Sənətimə muğamla başlamışam. Yeddi yaşımdan bugünə kimi bu ənənəni qoruyub saxlayıram. Arada başqa janr mahnılar da ifa edirəm. İfaçı hərtərəfli olsa, daha gözəldir. Toyda daha çox bəstəkar, xalq mahnıları ifa edirəm. Öz adıma danışıram ki, bayağı mahnılardan uzağam. Heç vaxt unutmuram, öz xəttimdə, cığırımdayam”.    

Bununla bağlı süjetə iyunun 18-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz

Lamiyə Balacayeva

323 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 İyul








































14 İyul