Model onu təhqir edən şəxsi polisə verdi
Roza Zərgərli aktrisalıq sevdasına düşüb
Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Əsas tamaşaçıların zövqünü oxşamaqdır" - Nəzakət Teymurova konsertindən danışdı

16-06-2018


Xalq Artisti Nəzakət Teymurova Yaşıl Teatrda baş tutacaq konserti barədə açıqlama verib.

Muztv.az xəbər verir ki, bununla bağlı mətbuat konfransı keçirən sənətçi bir çox məqamlara toxunub. O, Rəşid Behbudov, Yalçın Rzazadə, İlhamə Quliyevanın repertuarından mahnılar səsləndirəcəyini bildirib.
 
Xalq Artisti "Muz Life"yə müsahibəsi zamanı konsert hazırlıqlarının davam etdiyini açıqlayıb:

“Sənətkar üçün əsas tamaşaçıların zövqünü oxşamaqdır. Problem olmasın. Canlı ifa heçnə ilə sığorta olunmur. Konsert vermək böyük məsuliyyətdir. Bütün heyət çalışır ki, hər şey yaxşı olsun. Ustadlarımızın bizə qoyub getdiyi əsərlər ifa olunacaq”.
 
Nəzakət Teymurova həmkarlarını da konsertə dəvət etdiyini söyləyib:

“Bizdə belədir ki, dəvət etdikdə gedirik. Sənət dostlarımın əksəriyyətini dəvət etmişəm. Yəqin ki, məni tək qoymayacaqlar”.
 
Kameramız qarşısına fərqli tərzdə çıxan sənətçinin imici üzərində Elnur Həsənov çalışıb:

“İmicim üzərində Elnur şalışır. Konsertdə gözəl libaslarım olacaq. Arzu edirəm ki, əsas ifam gözəl olsun”.
 
Elnur Həsənov ilk dəfə xanəndə ilə işlədiyini və pop janrında ifa edən müğənnilər ilə çalışmağın daha asan olduğunu vurğulayıb:


“Pop ifaçılarının səhnədə sərhədləri yoxdur. Onlar ilə işləmək daha asandır. Çox maraqlı və fərqli olacaq. Çətinlik çəkmirəm. Çalışdığım insanların repertuarlarını dinləyirəm, əvvəlki səhnə fəaliyyətləri ilə tanış oluram. Konsert zamanı iki geyimdən istifadə edəcək, fərqli obrazlar olacaq. Bəzi nüansları qoruyaraq, standartlardan kənara çıxmışıq”.

Bununla bağlı süjetə iyunun 16-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

555 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24












23