Rihanna yeni fotosessiya etdirdi 
“Diriliş Ertoğrul”un final günü bəlli oldu
Aktrisaya Dubaydan təklif gəldi
Ziya Ağa Moskvada qalibi seçildi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Mən yeganə rəqqasəyəm ki…” – Fatimə solo konsertə və klip təqdimatına hazırlaşır

14-06-2018


Rəqqasə Fatimə Fətəliyeva “Muz Life”a sənət yeniliklərindən danışıb.

Muztv.az xəbər verir ki, çalışqan rəqqasə oktyabr ayında solo konsert proqramı ilə çıxış edəcək:

“Bu il özümə möhtəşəm solo konsert təqdim edəcəyəm. Bu konsert çoxdandı gözlənilir. Mən yeganə rəqqasəyəm ki, hər il fərqli-fərqli konsert proqramları ilə çıxış edirəm. Oktyabr ayında böyük layihəmiz var ki, onun üzərində çalışıram. Yeni mahnı və rəqslərimiz olacaq. Konsertdə maraqlı performansımız gözlənilir. Ona söz verirəm ”.    

F.Fətəliyeva konsert günü yeni klipini də təqdim etməyi planlaşdırır:

“Konsert günü söz verdiyim klipin təqdimatı keçirilməlidir. Hazırlaşmaq üçün vaxt, zaman lazımdır. Rəqslər, geyimlər hazırlanmalıdır. Musiqi üçün bəstəkar Nailə Mirməmmədliyə müraciət etmişik. Həmin musiqinin aranjimanı prosesləri gedir. Mahnıda bir neçə alətə yer vermişik”.   

Bununla bağlı süjetə iyunun 14-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva











347 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Mart






























24 Mart