Natavan Həbibi idmançı ilə şəkil çəkdirdi
Günel toya 5365 manatlıq libas geyindi - foto
Naibə Allahverdiyevanın makiyajsız halı - foto
Aysel Teymurzadənin yeni fotosu

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Qalmaqaldansa sənət göstərmək lazımdır”- Emiliya Yaqubova həmkarlarına səsləndi

13-06-2018


“Səs Azərbaycan” mahnı müsabiqəsinin qalibi Emiliya Yaqubova “Muz Life”a maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, güclü səs diapazonlu Emiliya “Eurovision” müsabiqəsinə qatıldığı təqdirdə göstərəcəyi şoudan bəhs edib:

“Ümumiyyətlə, “Eurovision” siyasətləşdirilmiş müsabiqədir. Düşünürəm ki, orjinallıq, qeyri-adi nəsə olmalıdır ki, qalib gələk. Bu da rol oynayır. Böyük səs diapazonuna baxmırlar, əsas ifa tərzidir. Xarici görünüş, səhnə performansı da rol oynayır. Böyük səsə üstünlük vermirlər. Buna dəfələrlə biz də şahid olmuşuq ”.    

Cazibədar ifaçı Azərbaycanı daha çox əcnəbi ölkələrdə təmsil etdiyini söyləyib:

“Yeni mahnılarım olacaq. Klip də təqdim edəcəm. Bu aralar Azərbaycanı daha çox ölkə hüdudlarında təmsil edirəm. Türkiyədə “Sən də tanı”adlı konsert proqramında da çıxış etdim”.   

Qalmaqaldan uzaq gəzən Emiliya həmkarlarına məsləhət də verib:

“Mən qalmaqalı sevmirəm, düşünürəm ki, lazım deyil. Belə olanda sənətində arxaya düşürsən. Nəyə lazımdır ki? Qalmaqaldansa, sənət göstərmək lazımdır ”. 

Bununla bağlı süjetə iyunun 13-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

52 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyun












































20 İyun