Əməkdar artist toya hazırlaşır
Alla Puqaçova 69 yaşında şortik geyindi - foto
Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Vaqif Mustafayev münsiflər heyətinə rəhbərlik edəcək

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Taciklər muğamlarımızı çox sevirlər" - Almaxanım Əhmədli səfərindən və yeni mahnılarından danışdı

13-06-2018


Bakıda keçirilən VI Muğam Müsabiqəsinin qalibi, gənc xanəndə Almaxanım Əhmədli "Muz Life"a özəl müsahibə verib.

Muztv.az xəbər verir ki, gənc xanəndə yeni lahiyələrindən söz açıb:

"Bir neçə müddətdir silsilə mahnılar üzərində işləyirik. Musiqisi Rauf Məmmədova aiddir. Ərsəyə gətirdiyimiz daha 3 mahnı da var. Növbəti günlərdə yeni bir ifa gəlir, hansi ki, sözləri yenə Rauf Məmmədova, musiqisi isə Tağı Sadiqə aiddir".

O, Taciklərin Azərbaycan muğamlarını çox sevdiklərini də vurğulayıb:

"Mən və tar-kamança musiqiçiləri ilə Tacikistanın Düşənbə şəhərində olduq. Orada solo-konsert verdik. Bizim milli musiqimiz taciklərin zövqünü çox oxşadı. Konsertdən sonraki gün, biz, muğam festivalında iştirak etdik. Festivalın açılışını "Qarabağ şikəstəsi"ni oxuyaraq açdıq. Bizi orada çox gözəl, şövqlə qarşıladılar".

Bununla bağlı süjetə iyunun 13-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Nilufər Məmmədli

74 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21


































20