Natavan Həbibi qısa saçlarını uzatdı - video
Elçin Cəfərov muğam ifaçılarına cavab verdi
Müğənniyə konserti zamanı hücum oldu 
Səidə Sultan bəzi sirləri açıqladı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Yazılan ssenarilər pozuldu" - iştirakçılar “Maşın 16”da həyəcanın mükəmməl olduğunu etiraf etdilər - reportaj+foto

09-06-2018


Hər gün öz qalmaqallı sürəti ilə davam edən “Maşın 16” realiti-şousu medianın gündəmini alt-üst etməkdədir.

Muztv.az xəbər verir ki, ötən gün yarışmada iştirakını davam etdirən oyunçuların qonağı bu dəfə media nümayəndələri olub. Onlar jurnalistlərin ünvanladığı sualları cavablandırıblar.

Şoudakı incikliklərdən, gərgin davam edən mübarizədən, eləcə də əsl hədəflərindən bəhs edən iştirakçılar bununla belə “Maşın 16”ın həyəcanının mükəmməl olduğunu etiraf ediblər.

Hər zaman geyimi və açıqlamaları ilə diqqətdən qaçmayan aktrisa Pərvin Abıyeva həmkarı Zarina Qurbanovanın Pərvini “vinerləri” aktyor adlandırması tənqidlərinə cavab verib:

“Hüseyn Əzizoğlu vinerdir və mənim peşəmə yaxındır. Onu özümə yaxın bilirəm və ona görə də dəstəyəm. Amma o, “aktrisacıq”ların heç birindən nə üzr istəmirəm, nə də onlara açıqlama vermək məcburiyyətində deyiləm. Rəfiqəm Nərgiz kişi qızıdır, mənim yoxluğumda onun cavabını verib. Zarina çörəyi dizinin üstündə olan biridir”.    

Teleaparıcı Aytən Səfərova isə oyun zamanı yaranan qalmaqallar ilə tamaşaçının gözündən düşə bilmək ehtimalını cavablandırıb:

“Heç kəs özünü əvvəldən sona kimi sakit aparmayıb. Əgər sakit dayanıblarsa, deməli, bu, onların taktikasıdır ki, qoy başqaları biri-birini qırsın. Elə o sakit dayananlardan qorxmaq lazımdır. Bu mənim oyunumdur, hamımız iştirakçılarıq, rəqiblərimdir, düşmənlərim yox. O ki qaldı tamaşaçının gözündən düşüb qalxma söhbətinə həyat kardioqramdır. İnsan ürəyi də düz xətlə gedərsə, deməli, sən ölmüsən. Bu oyun da belədir”.   

Müğənni Roza Zərgərli aparıcı İlhamə Bədəlova ilə davasından heç bir gündəm axtarmadığını söyləyib:

“Biz kulis arxasında öz məsələmizi həll edəcəyik. İnanmıram nə İlhamə bizim o çılğın münasibətimizdən bəziləri kimi gündəm axtarsın, nə də mən. Uran demişkən topu futbol meydançasında “çilədik”, oyun bitdisə, hər şey əla olacaq”.    

Sakitliyi ilə seçilən müğənni Abbas Bağırov isə jest etməyə üstünlük verdiyini açıqlayıb: 

“O baxır “Maşın”ın gedişatına. Elə bir iştirakçılarla sona qala bilərəm ki, əl çəkmək istəyim olsun, niyə də olmasın.  Mən elə ürəyə sahibəm”.  

Tamaşaçılar tərəfinən qalib olacağı iddia olunan repçi Uran isə real həyatla şounun müqayisəsini izah edib:  

“Burda yaşananlar real həyatda olanların şouya çevrilməsidir. Əslində, yazılan ssnearinin pozulmasıdır”. 

Bununla bağlı süjetə iyunun 9-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.    
 
Lamiyə Balacayeva 

















214 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




15 Oktyabr