Günel toya 5365 manatlıq libas geyindi - foto
Naibə Allahverdiyevanın makiyajsız halı - foto
Aysel Teymurzadənin yeni fotosu
“Novator” filminin təqdimatı olub

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Əhməd Mustafayev “Canan”na qovuşdu – çəkiliş prosesindən reportaj+foto

06-06-2018


Gənc müğənni və gitara ifaçısı Əhməd  Mustafayev yeni “Canan” adlı mahnısına klip çəkdirir.

Muztv.az xəbər verir ki, MUZ TV Azərbaycan kanalı klipin çəkiliş prosesində olub. Yayda boş dayanmaq istəməyən ifaçı mahnının sözlərini özü bəstələyib. Klipin rejissor və aranjimanı isə Fərid Ağaya məxsusdur.

Kanalımıza müsahibə verən Əhməd klipinin hit olacağını bəyan edib:

“Yeni mahnı, yeni klipdir. İstədim ki, mahnını kliplə birgə təqdim edim. “Canan” adlanır. Çoxdandır istəyirdim ki, fərqli sözləri olan mahnıya musiqi yazım. Qarşıma dahi meyxana ustası Məşədi Babanın “Canan” qəzəli çıxdı və həmin sözlərdən istifadə etdim. Ümidvaram ki, bu mahnı yayın hiti olacaq”.  

"Cananları" başına toplayan Əhmədə klipdə rəqqasə Renka da dəstək olub:

“Klipdə cananlar olacaq. Dostum Renka da yer alıb, o mənə rəqslərdə kömək edib. Onun xətrini çox istəyirəm. Bundan əlavə, klipdə 2 yaşında Fatimə balamız və rəqqas qızlar da çəkiləcək. Rəngarəng olacaq. Pozitiv bir video-rolikdir”. 

Rəna da öz növbəsində dostuna uğurlar arzulayaraq klipdən gözləntilərini dilə gətirib:

“Mən Əhmədə görə gəldim, Çünki Əhməd mənim yaxın dostumdur. Onu pis vəziyyətdə qoya bilməzdim.  Gözəl mahnıdır, yayın hiti gəlir. Şən və dinamik mahnıdır, əsl cavanlar üçündür. Əhməd sənə uğurlar, sən bilirsən ki, mən səni çox istəyirəm, hər zaman da yanındayam”.   
 
Obrazından danışan müğənni təvazökarlıqdan uzaq olsa da, özünü tərifləməyi unutmayıb. O, klip üçün hətta gözlərinin rəngini də dəyişib:

“Hazırda mən obrazdayam. Şirin oğlan olmuşam. Mənim gözlərimin qarası çox balacadır. Stilist və rejissor məsləhət görüb ki, bu obraza uyğun gözlərimin həcmi böyük görünsün. Ona görə də linzadan istifadə etmişəm. İlk dəfədir ki, gözlərimdə linza var, iki saatdır əziyyət çəkirəm. Gözlərim qıpqırmızıdır. Amma deyir incəsənət qurban tələb edir, razıyam”. 

Bununla bağlı süjetə iyunun 6-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 















110 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyun












































20 İyun