Günel toya 5365 manatlıq libas geyindi - foto
Naibə Allahverdiyevanın makiyajsız halı - foto
Aysel Teymurzadənin yeni fotosu
“Novator” filminin təqdimatı olub

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Doqquz yaşından səhnədəyəm, heç vaxt unudulmaram”- Aynur Dadaşova susqunluğunu pozdu

11-06-2018


Sənətində uzun illər fasilə verən bir zamanların ən sevilən müğənnisi olan Aynur Dadaşova “Muz Life”ın kameralarına tuş gəlib.

Muztv.az xəbər verir ki, ifaçı səbəbini açıqlamasa da, sənətində yenidən dirçəliş etmək üçün vaxt lazım olduğunu deyib:

“Əsl o müğənnidir ki, sənətdən bir az kənarlaşsın, sonra gəlib özünü yenidən təsdiqləsin.Türkiyədə də görürsünüz ki, müğənnilər bir mahnı üzərində 5-6 il çalışır, sonra hit mahnı ilə geri dönürlər. Deməzdim ki, uzun müddət uzaqlaşdım, hazırlaşmaq üçün vaxt lazım idi”.  

İddialı müğənni onun səhnədəki boşluğunu kimsənin doldura bilmədiyini bəyan edib:

“İndi də özümü təsdiqləyirəm ki, Aynurun yeri qalıb. Otuz ilə yaxındır ki, bu sənətdəyəm. Hansı vaxtda geri dönsəm, yerim mənimdir. Əgər sənətdə 2-3 il olub getsəydim, bəli, o zaman yadda qalmazdım. Aynur 9 yaşından səhnədədir, o heç vaxt unudulmaz”.

Aynur Dadaşova özünü reklamlı müğənnilərlə gündəm yaradanlara da söz atıb: 

“Bütün sənət yoldaşlarımı çox istəyirəm, hörmətim var. Uzun illərdir sənətdəyəm, amma kimsə deyə bilməz ki, hansısa, hətta reklamı olan müğənni ilə qalmaqalım olsun. Söz atmalardan, söz-sözbətdən uzaq insanam”.  

Qara uzun saçları ilə yadda qalan ifaçı bu imicini uzun müddət dəyişməyəcəyini söyləyib:

“Saçlarımı dəyişmək fikrim yoxdur. Bəlkə də 45-50 yaşdan sonra cavan görünmək üçün nəsə edərik. Məni təqdim edəndə deyirlər ki, uzunsaçlı Aynur (gülür). ” 

Bununla bağlı süjetə iyunun 11-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

62 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyun












































20 İyun