Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı
Metin Hara ilə bağlı yeni iddia yayıldı
Sevda Yahyayeva hündürlükdən qorxur

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Nyu-Yorkun küçələrində ayaqyalın gəzən Çinarə Məlikzadənin başına nələr gəldi?

05-06-2018


Gənc müğənni Çinarə Məlikzadə Amerika səfərindən Azərbaycana dönər-dönməz “Muz Life”ın qonağı olub.

Muztv.az xəbər verir ki, səfərindən vətənə əliboş geri qayıtmayan istedadlı müğənni Çikaqoda başına gələnləri bizimlə bölüşüb.

“Dedim Amerikaya getmişkən elə klip də çəkdirim. Bunu səmimi etiraf edirəm. Kaş görəydiniz, Bakıya qayıtmağımıza bir gün qalmış çox zülümlə çəkdik. Nyu-Yorkun küçələrində ayaqyalın gəzirdim. İşçilərə kömək edib əşya daşıyırdım (gülür). ”

Çinarə planlanmış heç bir işə inanmadığını etiraf edib:

“Sənətimdə hər şey öz axarında gedir. Mən öncədən nəyisə planlaşdırmıram. Elə olanda alınmır. Sakit kənarda dayanıb baxanda görürəm ki, yolundadır. Allahın öhdəsinə buraxıram. Şükür Allaha hər şey yaxşı gedir”.

Şou-biznesin dedi-qodularını boş buraxan ifaçı təsirə düşmədiyini söyləyib:

“Həmin söhbətləri boş verirəm gedir. Bilirəm ki, onlar hər zaman olacaq. Əgər mən onlara fikir versəm, gərək, ümumiyyətlə, yaşamayım. Bu sənətdə də heç olmayım”. 

Bununla bağlı süjetə iyunun 5-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 









382 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24








23