Aktrisa “Ferhat ile Şirin”də rol alacaq
Aysel iddialara cavab verdi
Lolitanın əri ilə ayrılıq səbəbi bəlli oldu
Dünya şöhrətli aktyor bənzərsiz olmaq istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“İndiki müğənnilərdə kübarlıq çatışmır” - müğənni Əkbər Əliyev sənət keyfiyyətindən danışdı

04-06-2018


“Məndən ayrılma” klipi ilə efirə geri dönüş edən müğənni Əkbər Əliyev MUZ TV Azərbaycan kameralarının önünə keçərək maraqlı müsahibə verib.

Muztv.az xəbər verir ki, ifaçı sənət aləmindəki dostluq ilə iş birliyini ayırıb:

“Dostluq layihə dostluğu deyil. Biz mahnıya görə dostluq etmirik. Allah qoysa, gözəl bir mahnı olsa, duet edərik”.   

Əkbər Əliyev bəzi yeni ifaçıların məşhur müğənnilərin hesabına tanınmaq istəyinə qarşı çıxıb:

“Elə böyük istəyim yoxdur ki, hansısa bir müğənni ilə duet oxuyum. Yaxın dostum Röya bu barədə təklif etsə, dəyələndirərəm. Təklif nə ondan, nə də məndən gəlir. Elə sənətçilər var ki, hər hansı məşhur müğənni ilə dostluq edir ki, onun hesabına məşhurlaşsın. Amma bizdə sırf təmənnasız dostluqdur. Hər şey göz önündədir. Mən çalışıram ki, az görsənim, amma işimi ortaya qoyum”.  

Centlimen müğənni son illərdə sənətə gələn həmkarlarındakı çatışmazlıqları da dilə gətirib:

“İndiki müğənnilərdə həm mahnı ifası, həm də özlərini təqdimetmə baxımından kübarlıq çatışmır. Bu sənətdə son illərdə belə keyfiyyətlər azalıb. Çalışırıq ki, bunu bərpa edək. İnşallah nə zamansa düzələr”.  

O, hər konsertdə iştirak etmədiyini etiraf edib və bunun səbəbini belə izah edib:

“Ancaq öz dostlarımın konsertlərində iştirak edirəm. Tez-tez Röyanın konsertində oluram. Dostumdur, məni dəvət edir. Amma başqa müğənnilərin konsertlərində olmuram, çalışıram ki, bir az kənarda olum. Belə daha yaxşıdır”.  

Bununla bağlı süjetə iyunun 4-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva

557 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr


























20 Oktyabr