Fahriye Evcendən rəngarəng fotolar
Xatun yeni fotosessiya etdirir
Safuranın oğlu ilə yeni fotosu
 Günelin 300 cüt ayaqqabısı var

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Eurovison”da uduzsaydım, yenidən qatılmazdım” - Eldar Qasımov fərqli açıqlama verdi

17-05-2018


Azərbaycanın “Eurovision 2011” qalibi Eldar Qasımov “Muz Life”ın qonağı olub.

Muztv.az xəbər verir ki, ifaçı onu qalib edən müsabiqədə iştirak etdiyi üçün hər kəsə minnətdarlığını bildirib:

“Eurovision”da yenidən iştirak etmək istəmərəm. Bu müsabiqə mənim üçün keçmiş layihədir. Amma bilmək olmur, bəlkə nə vaxtsa fikrimi dəyişə bilərəm. Bu layihəyə görə çox minnətdaram. Bu, öz məharətini göstərmək üçün çox yaxşı imkan idi”.  

Müğənni deyib ki, əgər, o, müsabiqədə uduzsaydı, heç vaxt yenidən qatılmazdı:

“Bəzi çıxışlar var, hansılar ki, 5-ci, 15-ci yeri tuta bilirlər, amma onlar özlərini göstəriblər. Öz sözlərini deyiblər. Yenidən gəlib uğur üçün vuruşmaq, mübarizə aparmaq elə də düz çıxmazdı. Amma elə müğənnilər də var ki, 2-ci və ya 3-cü yeri tutublar, onların yenidən iştiraka ehtiyacları var. Düşünürəm ki, mən 1-ci insanların siyahısındayam. Hətta ilk dəfədən müsabiqədə 8-ci yeri tutsaydım da, heç vaxt qatılmazdım”.   

Bundan əlavə, poliqlot sənətçi müğənni Samir Piriyevin Eldarın tərəf müqavili Nigar Camal haqqında dediyi “Eldar olmasa idi, sən qalib gələ bilməzdin” fikrinə də münasibət bildirib:

“Bu sadəcə fikirdir. Hər kəsin fikrinə hörmətlə yanaşmalıyıq. Mən də min fikir söyləyə bilərəm, amma, bu o demək deyil ki, haqlıyam. Fakt odur ki, Nigarla mən birlikdə qalib gəldik, “Eurovision”u Azərbaycana gətirdik. Bilmək olmaz, mən müsabiqədə tək iştirak etsəydim, qalib gələcəkdim, ya yox?! Yaxud da Nigar. O an göydəki ulduzlar bizə baxıb, bizi qovuşdurdu, bu qələbəni əldə etdik”.     

Bununla bağlı süjetə mayın 17-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

161 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May












































25 May