Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Vaqif Mustafayev münsiflər heyətinə rəhbərlik edəcək
Müğənninin 200 milyon izləyicisi var
Tarkanın arxiv fotosu 

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Maaşa baxan adamam, evimdə üç xəstə var, pulu hissə-hissə ödəyəcəm...” - Ramiz Məlik məhkəmədən danışdı

16-05-2018


Xəbər verdiyimiz kimi, Xalq artistləri Məleykə Əsədova ilə Ramiz Məlik arasındakı məhkəmə prosesi başa çatıb.
 

Muztv.az xəbər verir ki, Ramiz Məlik qarşı tərəfə uduzub və ona 1000 manat təzminat ödəməlidir.
 
Məleykə Əsədova öz növbəsində sosial şəbəkədə paylaşım edərək Allaha şükür edib: 


“Həyatda bir fidan əkmədən bar yemək istəyən ancaq quru budaq qazanar. Hər kəs ki, fidanlar əkər, bəsləyər, böyüdər ən gözəl dadı öz əliylə dərər yəyər. Şeytan hər nə qədər pisliklər göstərsə də, mən həyatı sevirəm və gözəllikləri görməyə davam edəcəm. Tanrım bütün yaratdıqlarını sevir, eynən məni də. Kim nə edir etsin, pisi də özünündür, yaxşısı da. Gözəl Allahım, milyon şükür olsun sənə. Hər bir şeyi görən, bilən Allahım hər birimizin ürəyinə görə ver. Mənə haqsız yerə toxunanlarla özün bil...”
 
Məhkəmədən sonra açıqlama verən Ramiz Məlik gedən prosesdən danışıb:
 
“Qətnaməni oxuyum, sonra fikir bildirəcəyəm. Əgər min manat ödəmək lazımdırsa, ödəyəcəm. Amma bütöv yox, az-az... Maaşa baxan adamam, evimdə üç xəstə var. Mənim onu bütöv ödəməyə imkanım yoxdur. Onun kimi xarici ölkələrdə, bahalı yerlərdə gəzə bilmirəm. Heç bağa dincəlməyə gedə bilmirəm. Təkzibə gəldikdə isə... Dəfələrlə barışığa səslədim, razılaşmadı. Hətta saytlardan birində üzr də istədim. Buna görə hamı məni qınadı. Üç yüz min manat təzminat istəyib, Azərbaycanda bu qədər təzminat olub? Sosial şəbəkədə bir şəkil qoyanda hamı yüzlərlə tənqid yazır. Niyə onları məhkəməyə vermirlər?”

Xatırladaq ki, Məleykə Əsədova həmkarı Ramiz Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyi üçün məhkəməyə vermişdi.  

Bununla bağlı süjetə mayın 16-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva 

184 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21
























20