Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Vaqif Mustafayev münsiflər heyətinə rəhbərlik edəcək
Müğənninin 200 milyon izləyicisi var
Tarkanın arxiv fotosu 

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Bundan sonra efirə tək çıxacağam" - Əkbər Əliyev “Məndən ayrılma” klipini təqdim etdi  – reportaj

12-05-2018


Uzun zamandır teleekranlarda az görünən müğənni Əkbər Əliyev media nümayəndələrini başına toplayaraq “Məndən ayrılma” klipini və yeni fotosessiyasını təqdim edib.

Muztv.az xəbər verir ki, bəstənin musiqisi Hakan Erola, sözləri Leyli Erola məxsusdur. Ekran əsərinin rejissorluğu isə fotoqraf Eko Ağalarova həvalə edilib.

MUZ TV Azərbaycan kanalına danışan sevilən ifaçı xoş günü ilə bağlı təəssüratlarını bölüşüb:

“Bu gün sizə yeni mahnı və klipimi təqdim edirəm. 1995-ci ildən bugünə kimi mən heç vaxt media ilə üzbəüz oturmamışam. Hər dəfə çalışırdım ki, az hallarda görüşüm. Amma bugünümü sizinlə paylaşmaq istəyirdim”. 

Müğənni gec-gec görünməyinin sirrini isə belə açıqlayıb:

“Əgər işimi görürəmsə, kənarda yerinə yetirim. Yəni, üzdə çox görsənməyim. Öz işimdə məni sevənlər üçün çalışmağı sevirəm. Amma fikirləşdim ki, yox, media ilə görüşmək də lazımdır. Gözəl bir fürsət alındı”.   

Əkbər Əliyev tezliklə hesabat konserti verəcəyini də söyləyib:  

“Menecerim İsa Hüseyn ilə düşünürük ki, kiçik bir hesabat konserti verək. İstəyirəm hər şey keyfiyyətli olsun. Hər işimin mükəmməlliyini istəyirəm. Bütün medianı da dəvət edəcəm, hər kəs görəcək ki, necə konsert vermək lazımdır”.    

Özünəməxsus müğənni jurnalistlərin ona ünvanladığı suallarını da cavablandırıb. O, nadir hallarda efirlərə çıxmağını, bu yaşına kimi sevməməyinin, eləcə də, müğənni həmkarı Zamiq Hüseynovun “Mən olduğum efirlərdə gərək başqa müğənni olmaya” fikrinə də münasibət bildirib:
 
“Gündəm sözü mənim üçün bir az qaranlıq sözdür. Siz gündəm nəyə deyirsiniz? 24 saat efirlərdə olmağa? Mən hər verilişə çıxmaram, ancaq yaxın dostlarımın dəvət etdiyi verilişlərə gedirəm. İndi ancaq kolbasa reklam edirlər. Mən elə efirlərə şübhəli baxıram. Bu, mənim seçimimdir, məncə mən düz edirəm. 39 yaşım var, bu yaşıma kimi sevməmişəmsə, bugündən sonra da çətin ki, sevəm. Sevgi gəlir gedir. Mən sevgiyə inanmıram, məni kimsə sevə bilər, əsas odur ki, mən heç kimi sevmirəm”.

“Zamiq çox peşəkar müğənnidir. Onunla efiri niyə də bölüşməyim ki? Bu, onun fikridir, amma mənim üçün Zamiqlə efirə çıxmaq qəbahət deyil. Bugündən efirlərə ancaq tək çıxacağam. Səbəb də odur ki, mənim səviyyəmdə qonaqlar olmur. Öncədən də soruşuruq ki, kimlər olacaq? Adları açıqlamırlar”.

Bununla bağlı süjetə mayın 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 



















258 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21
























20