Günel toya 5365 manatlıq libas geyindi - foto
Naibə Allahverdiyevanın makiyajsız halı - foto
Aysel Teymurzadənin yeni fotosu
“Novator” filminin təqdimatı olub

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Evdə qalsaq belə, xarici vətəndaşa ərə getmərik...” - Sevil-Sevinc bacılarının evlənmək arzusu

09-05-2018


Daim sənət yenilikləri ilə gündəmə gələn müğənni bacılar Sevil-Sevinc MUZ TV Azərbaycan-ın kamerası qarşısına keçərək sualları cavablandırıb.

Muztv.az xəbər verir ki, əkizlər bir ara küsülülük xəbərləri yayılan keçmiş prodüserləri Tarix Əliyev (Tolik) ilə olan soyuq münasibətlərindən söz açıblar:

“Bu barədə danışmaq istəmirəm. Bu, bizim öz ailəmizin içində olan söz-söhbətdir. Mənim qapımı açıb valideynlərimlə bir süfrədə əyləşib çörək yeyən insan mənim ailəmin içi sayılır. Ona görə də mən öz ailəm haqqında artıq-əskik heç nə danışmaq istəmirəm. Toliklə küsülü də deyilik. Yenə də hansı tərəfsə inciyibsə, bunlar zamanla düzələn şeylərdir”.   

Xarici vətəndaşla ailə həyatı quran həmkarlarına pis baxmayan sənətçilər özlərinin heç vaxt bu addımı atmayacaqlarını bəyan ediblər:

“Xarici vətəndaşla evlənən həmkarlarımıza pis baxmıram, çünki hərənin öz qisməti, taleyi var. Amma bilsək ki, evdə qalacam, bizi heç kəs almayacaq, yenə də əcnəbi vətəndaşa getmərik. Özümüzün yaxşısına da, pisinə də qurban olum. Hətta bizə elçi düşən o əcnəbi nə qədər varlı olsa belə, onu yox, öz kasıbımızı seçərik”.  

Sevil-Sevinc aparıcı kimi yenidən teleekrana qayıdacaqlarını da söyləyiblər:

“Ola bilər aparıcı kimi yenidən efirdə olarıq. Buna sentyabr ayında tam dəqiqləşdirib qərar verəcəyik. İstəyirik öz layihəmiz olsun. Yəni aparıcılığımıza son qoysaq, layihənin icrası da bağlanır. Öz layihəmiz olmalıdır ki, hər şey ürəyimiz istəyən kimi olsun”. 

Bununla bağlı süjetə mayın 9-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 







186 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyun












































20 İyun