Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Vaqif Mustafayev münsiflər heyətinə rəhbərlik edəcək
Müğənninin 200 milyon izləyicisi var
Tarkanın arxiv fotosu 

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“İstəmirəm qüsurlu ifalar təqdim edim, mütləq təhsil alacağam” – Pərvin Səfərovun planı

14-05-2018


Azərbaycanı “O Səs Türkiyə”də təmsil edən gənc müğənni Pərvin Səfərov “Muz Life”ın qonağı olub.

Muztv.az xəbər verir ki, qısa zaman kəsiyində öz ifaları ilə ajiotaj yaradan ifaçı toy bazarına qatılacağını iddia edib:

“Toy bazarına qatılmaq üçün əvvəllər çəkinirdim. Məni hər kəs klassik mahnılar ilə tanıyıb. Həmişə yox demişəm. Son zamanlar isə tələbatı görürəm, təkliflər də gəlir. Toy mahnıları da hazırlayıb məclislərə gedəcəm. Bu da mənim üçün önəmlidir ”. 

O, rəqabət aparmamasının sirrini də açıqlayıb:

“Heç kimlə rəqabət aparmıram. Hər kəsin öz ifası, tərzi, dinləyicisi, auditoriyası var. Düşünmürəm ki, kiminsə yolu ilə gedim, ona bənzəyim. Əgər izləyicilər ifa tərzimi kiməsə bənzədirlərsə, bu başqa məsələ. Amma heç kimlə rəqabət aparmaq fikrində deyiləm”.    

Xarici görünüşündə bir qədər dəyişiklik edəcəyini söyləyən müğənni aşırı dərəcədə yenilənməyəcəyini vurğulayıb:

“Hamının öz üslubu var. Onların fikrinə qarışmıram, öz yolları, kütlələri var. Düşünmürəm ki, öz tərzimdən aşırı dərəcədə dəyişim. İnsanlar məni belə görüb, tanıyıb, sevib, istəyirəm sona kimi də belə davam etsin”.  

Təhsilin bu sahədə çox önəmli olmasının fərqinə varan gənc ulduz peşəkar ifa üçün ali təhsil almaq fikrinə düşüb:

“Fərdi olaraq müəllim yanına gedirəm, amma ali təhsilim yoxdur. Mütləq təhsil alacam. Çünki bu sənətdə təhsil böyük rol oynayır. Böyük arenalara çıxırsan, istəmirəm elə səhnələrdə qüsurlu ifalar təqdim edim. İzləyicilər üçün peşəkar ifalar göstərmək istəyirəm”.  

Bununla bağlı süjetə mayın 14-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

193 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21
























20