Aktrisa filmə çəkilməyə hazırlaşır
Elton Con səhnə ilə vidalaşır
Səhnədə gözləri bağlı oxuyur - foto
Seda Sayan “O səs Türkiyə”dən getdi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Hər sözü özümüzə qoşuruq" - Aslan Hüseynov həmkarlarına atmaca atdı - özəl

30-04-2018


Qırğızıstanın Əməkdar  Artisti, azərbaycanlı müğənni Aslan Hüseynov “Muz life”ın qonağı olub və sənət yeniliklərindən söhbət açıb.

Muztv.az xəbər verir ki, ifaçı yeni mahnılarını fərqli dillərdə səsləndirəcəyini deyib:

“Yeni mahnılar yazmışam. Mahnılarımı özüm bəstələyirəm. Bu yaxınlarda təqdim etdiyim “Sorma” mahnısının da özümə aiddir. Düşündüm ki, onu rul dilində də ifa edim. Əvvəllər Zeynəb Xanlarova, Rəşid Behbudov kimi sənətçilər mahnılarını fərqli dillərdə oxuyurdular. Onlar dünyaya səs salmışdılar, nəinki bu gün”.

Müğənni fürsətdən istifadə edərək həmkarlarına atmaca atmağı da unutmayıb:

“Bu gün özümüz özümüzə hər şey deyirik. Özümüzə “meqa” da deyirik, hər sözü özümüzə qoşuruq. Bu, o demək deyil ki, biz həqiqətən eləyik”.

Bununla bağlı süjetə aprelin 30-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

774 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 İyun


































4 İyun