Serengili tənqid atəşinə tutdu
"Evimiz hər an uça bilər" - Nurlan Əzizbəyli
Serial ərəb şeyxinin sifarişi ilə çəkilib 
Geyim brendi mağazalarını bağlayır

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Sənət dostlarımızın bəzilərində paxıllıq var - Zamiq Hüseynov işarə verdi 

19-04-2018


Gələn ay bəy masasına oturmağa hazırlaşan müğənni Zamiq Hüseynovdan Naxçıvan şəhərindəki pərəstişkarlarına şad xəbəri var.

Muztv.az xəbər verir ki, ifaçı Naxçıvan sakinləri üçün solo konsert verməyə hazırlaşır. Zamiq musiqili gecənin tarixini məhz elə "Muz Life" açıqlayıb:

“Mayın 5-də Naxçıvandakı Heydər Əliyev Sarayında solo konsertim olacaq. Əslində kliplər çoxdur. Ard-arda çəkilir. Amma təqdim etmirəm. Yeni mahnılar da var. Təqdim olunacaq”
 
Bir müddət əvvəl Xatun Əliyeva açıqlamalarının birində Zamiqin həm xarici görünüşünü, həm də ifasını bəyəndiyini etiraf etmişdi. Zamiq Hüseynov isə ona tərif yağdıran xanım həmkarına təşəkkür etməyi özünə borc bilib:


“Xatun xanım çox sağ olsun. Sənət dostlarımız bir-birinə olanı deyəndə yaxşı olur. Bəzilərində paxıllıq var, demirlər. Bəzən deyəndə ki, filankəs yaxşı geyinmir, onun stili xoşuma gəlmir, onda adama gülürlər. Mənə deyənlər olub axı...Sadəcə cavab verməmişəm. O qədər olub ki, mənim üçün “onu bəyənmirəm” deyənlər olub. Xatun xanım bəyənibsə, çox şadam, təşəkkür edirəm.”

Bununla bağlı süjetə aprelin 19-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz.  
 

566 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
























25 May