Nura doğum gününü Dubayda qeyd edib - foto
Cavidan Novruz aktrisaya tərif yağdırdı
Rəqsanənin Xalq Artisti ilə səmimi fotosu
Hava aprelin 24-də dumanlı olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Mənim kosmetoloqum, masajistlərim var”- Mədinə Məlik gözəllik sirrlərini açdı

17-04-2018


“Kristal” qrupunun rəhbəri Mədinə Məlik MUZ TV Azərbaycan kanalına səmimi müsahibəsi zamanı gözəl qadın olmağın sirrlərini açıb.

Muztv.az xəbər verir ki, cazibədar sənətçi onu gözəl saxlayan sağlam mühit anlayışını bizimlə bölüşüb:

“Hər bir xanım özünə qulluq etməlidir. Mənim kosmetoloqum, masajistlərim var. Ən vacibi odur ki, iç dünyanızı təmiz saxlayın. İçkidən, siqaretdən uzaq sağlam mühitdə yaşayın. Gecəni normal yatın. Düzdür, işimizlə bağlı olaraq, bəzən biz sənətçilər də gecələr oyaq qalırıq amma qaydalara riayət etməliyik”. 

“Kristal”dan ağızdolusu danışan Mədinə müğənniliyi pərəstişkarlarının istəyi ilə etdiyini söyləyib:

“Yalan deyərəm. “Kristal” qrupu mənim üçün zirvədir. Mən o qrupla şou-biznesə gəldim. Ona görə onlar mənimçün toxunulmazdır. Düzdür, toy və korporotivlərə aparıcı kimi gedirəm. Orda da müğənni kimi xahiş edirlər, bir-iki mahnı oxuyuram. Bu da böyük marağa səbəb oldu. Bəlkə də mənim ifa etdiklərimi hər kəs etmir. Bəlkə də ona görə maraqlıyam”.   

Daim avanqart görünən ifaçı tamaşaçı sevgisinin saxta olmadığını etiraf edərək, sevənlərinə tərif yağdırıb:

“Hər zaman səmimi olmağı xoşlayıram. Yenə də deyirəm, şou-biznesdəyəm amma buna baxmyaraq daha çox adi insanlara yaxınam. Tamaşaçı saxtakar deyil, onlar səni sevirlərsə, üzünə güləcəklər. Tamaşaçı hər zaman ürəkdən yanaşır, ona görə də onların fikri mənə daha önəmlidir”. 

Bununla bağlı süjetə aprelin 17-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

54 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Aprel


















































22 Aprel