Nura doğum gününü Dubayda qeyd edib - foto
Cavidan Novruz aktrisaya tərif yağdırdı
Rəqsanənin Xalq Artisti ilə səmimi fotosu
Hava aprelin 24-də dumanlı olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Müğənni ləhcəsi ilə tanınmalıdır - Nurlan Təhməzli düşüncəsini bölüşdü

16-04-2018


Müğəniliklə yanaşı, bəstəkar kimi də fəaliyyət göstərən Nurlan Təhməzli MUZ TV Azərbaycan kanalına özəl müsahibə verib.

Muztv.az xəbər verir ki, gənc və sevilən ifaçı Nurlan Təhməzli son ifasından danışıb:

“Son zamanlar özümə məqsəd qoymuşam ki, bəstəkarlığa bir müddət son verim. Hələki müğənnilərə mahnı təqdim etməyi bir qədər azaltmışam. Ancaq öz ifam, bir də mahnılarım. “O aşiqi bilirəm”dən öncə iki mahnı təqdim etdim. “Yox aşiqi” və “Mən aşiqəm”. İki mahnımda trenddir, ən çox dinlənilən mahnılar arasındadır. Bu da məni ruhlandırdı. Bəlkə də elə olmasaydı, yeni mahnıma hələ iki-üç ay fasilə verərdim. Son mahnımıda onlar arasına sala bilsəm artıq dayanmayacağam”.

Müğənni bəstələrini ifa edənlərin ona bənzədiyini iddia edib:

“Fikrimcə, hər ikisidə gözəl alınmalıdır. Biri yaxşı biri zəif olmamalıdır. Çünki sən bəstələyib sonra ifa edirsən.Hər zaman mən bəstələyirdim başqa həmkarlarım ifa edirdi. Dinləyirdim görürdüm ki,istədiyim kimi alınmır. Çünki bəstələyirəm və bunun ifa etmə yolunu mən bilirəm .Mən ifa edib hansısa müğənniyə təqdim edəndə isə sanki mənə bənzəyir, artıq olur Nurlan Təhməzli. Müğənninin ləhcəsi olmalıdır. Radioda dinləyəndə bilsinlərki hansı müğənnidir. Ona görə mən düşünürəm ki, ikisinidə gözəl bacarıram”.

Bununla bağlı süjetə aprelin 16-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Nilufər Məmmədli 

24 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Aprel


















































22 Aprel