Model sevgilisinin şalvarını geyinir
Hollivud ulduzu 64 yaşında evlənir
 Pərvin Abıyeva kreditlə ev alıb
Lətifənin geyimlərinə nənəsi nəzarət edir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Elvin Elcanın arzusu çin olacaq -  Mətanət İsgəndərli ilə duet oxuyacaq - müjdə

12-04-2018


Müğənni Elvin Elcan yeni duet müjdəsini MUZ TV Azərbaycan kanalına açıqlaması zamanı verib.

Muztv.az xəbər verir ki, o yeni mahnısını Mətanət İsgəndərli ilə birgə oxuyacağını deyib:

“Mətanət xanımla neçə ildir ki, oxuyuruq. İnanın o özü də deyir ki, bir yaxşı mahnı hazırla gedək oxuyaq, duetimizi hazırlayaq və tamaşaçılara təqdim edək. Söz vermişəm ki, bu il mütləq duet hazırlayacam. Mənim də sənət tariximdə gözəl sənətkarla duetim olacaq.”

“Bacanaqlar” serialında epizodik rol alan Elcan film arzusundan da danışıb:

“Açığı deyim  Xalq Artistlərimiz, eləcədə tanınmış aktyorlorumuz da deyir ki, bizdə qonorar aşağı səviyyədədir. Onlara o qədər məvacib verməyəndən sonra mənə bu qədər pul verin deyə bilmərəm. Mən özümü sınamaq üçün filmə çəkilmək istəyərəm,maddiyyat önəmli deyil.”

Bununla bağlı süjetə aprelin 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

565 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 May














29 May