Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

ABD Malik və Əməkdar Artist Röya Ayxan “Gəlmədin” adlı klipi təqdim etdilər - reportaj+foto

06-04-2018


Müğənni ABD Malik və Əməkdar Artist Röya Ayxan birgə oxuduğu “Gəlmədin” adlı mahnıya çəkilən klipin təqdimatını keçiriblər.

Muztv.az xəbər verir ki, mərasimə Əməkdar Artist Murad Dadaşov, müğənni Zamiq Hüseynov, “Dəyirman” qrupunun keçmiş üzvlərindən olan Elmir də qatılıb.

Media nümayəndələrini başına toplayan günün səbəbkarları onlara ünvanlanan sualları cavablandırıblar.

Röya klipi çox bəyəndiyini və dəfələrlə izlədiyini bildirib:

“Bəlkə bir həftədə 100 dəfə Malikə yazırdım ki, link at klipə baxım. Klipdən doymurdum, çox bəyəndim. Maraqlı iş alınıb. Mahnı da sanki dəyişib. Yaxşı ki, bu layihəni etdik. Mahnının 12 illik tarixçəsi var. İlk dəfə təklif məndən gəlmişdi, daha sonra isə Malik mənə bu barədə dedi. Sevinirəm ki, bu mahnı və klipdən yeni nəslin də xəbəri olacaq”.   

On iki ildən sonra bu mahnıya fərqli baxış verən ABD Malik illər sonra atdığı bu addımının səbəbini açıqlayıb:

“Əslində, seçimimiz təsadüfi oldu. Nəzərimizdə başqa mahnı var idi. Bəstə yazılmışdı da, tam hazır idi, hətta klip də çəkilmişdi. Sonra hiss elədim ki, tutmur, əslində mənlik deyil. O zaman onu heç yerə vermirəm. Sonra studiyada “Gəlmədin”ə qulaq asdım, gördüm ki, o mahnının melodiyası tam bu mahnının üzərinə oturur. Qərarımızı qətiləşdirdik, mahnının bəstəkarı İsa mlikova yenidən müraciət olundu. Nəqarəti olduğu kimi saxladıq və davam etdik ”.    
 
Cazibədar ulduz Röya Ayxan klipdə görünməməsinin səbəbini maraqlı belə izah edib:

“Röya, əslində, klipə çəkilmək istəyirdi. Sonuncu danışıqda da dedim ki, bəlkə məni ayrıca çəkək. Sonra öz-özümə dedim ki, yox, sözlər də budur. Həm düşündüm ki, Malik 12 il sonra yeni nəfəslə yenidən təqdim edir, elə hamısında da özü öndə olsun. Mənim xoşuma gəldi, mən sevdim”.

Daim melodiya janrında olan mahnılara üz tutan Malik “Dəyirman” qrupu ilə məhz bu mahnıda yer almamalarının səbəbini söyləyib:

“Çünki qrup üzvləri ilə dostluğumuz qalıb, amma bir qrup şəklində bir yerdə deyilik. Qərara gəldim ki, tək oxuyum”. 

Xatırladaq ki, mahnının sözləri ABD Malikə, musiqisi İsa Məlikova məxsusdur. Ekran əsərini rejissor Abbas Səlimbəyov lentə alıb.

Bununla bağlı süjetə aprelin 6-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz life” verilişində baxa bilərsiniz.  

Lamiyə Balacayeva
Fotolar: Nurlan Gülməmmədov


 





















682 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr