Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Qoy atalar qız övladı arzulasın!" -  Murad Arif  “Qızım” adlı klipinin təqdimatını keçirdi - reportaj+foto

06-04-2018


Müğənni-bəstəkar Murad Arif “Qızım” adlı mahnısına çəkdirdiyi klipinə təqdimat keçirib.

Muztv.az xəbər verir ki, bəstənin sözləri və musiqisi sənətçinin özünə məxsusdur. “Bumerang label” şirkəti tərəfindən hazırlanan klipdə sənət adamları övladları ilə birlikdə rol alıblar:

“Bu klipdə sosial yanaşmamız var. Bu bir sosial layihədir. Azərbaycanda statistikaya görə, hər 100 qıza, 115 oğlan düşür. Azərbaycanda kök salmış düşüncələr var. “7 oğul istərəm, bircə dənə qız gəlin”. Yüzlərlə xəbərlər var ki, 2-ci, 3-cü qız övladına görə, gəlinlər evdən qovulurlar. Hər kəs oğlan övladı arzulayır. Allah hər kəsə ən sağlamını qismət etsin. Amma bu qız övladlarına 2-ci dərəcəli münasibət nə deməkdir? Biz də, ictimai insan olaraq, ictimayətə mesaj göndəririk ki, qoy atalar qız övladı arzulasın. Çünki, hər bizimiz bir qadının övladıyıq. İştirakçılara demişdim ki, hər kəs ağ, qara boz rəngdə geyinsin. Klipin bütün rəngarəngliyi toxunuşlarda, öpüşlərdə, qucaqlaşmalardadır. İnsan öz qızına sarılır və hüzur tapır, bax, bu zaman danışıram və kövrəlirəm.”

Layihənin rəhbəri Nigar Məmmədova, meneceri isə Rəvan Rəddir.

Klipdə respublikanın Xalq Artisti Aftandil İsrafilov, Şamil Süleymanov, modelyer Gülnarə Xəlilova, müğənnilər Samir Piriyev, Emil Bədəlov və başqaları qızları ilə çəkiliblər.

Təqdimat mərasiminə şou-biznes nümayəndələri də qatılıblar. Onlar sosial xarakter daşıyan ekran işi ilə bağlı fikirlərini bölüşüblər.

Bununla bağlı süjetə aprelin 6-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.









1187 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr