"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Muğamlarımızı bilməyən sənət adamı azərbaycanlı olduğunu çətin sübut edə bilər”- Nadir Bayramlıdan gənclərə irad&l

05-04-2018


Müğənni Nadir Bayramlı MUZ TV Azərbaycan kanalına müsahibəsi zamanı gənclərimizə olan dəstəyindən söz açıb.

Muztv.az xəbər verir ki, sənətçi gənc nəsli daha köklü musiqiyə üz tutmağa səsləyib:

“Yaxşı oxuyan gənclərimiz var. Onların da yolunu açmaq, şərait yaratmaq lazımdır. İstərdim ki, o gənclər musiqimizin əsl təmsilçiləri olsunlar. Bizim musiqimiz dünyada da tanınır. Həmin gənclər bu məsuliyyəti anlamalıdırlar. Bayağılığa, asanlığa çox qaçmasınlar”. 

Nadir Bayramlı muğam sənətinin gənc nəslin karyerasına edə biləcəyi təsirdən danışıb:

“Bəyəndiyim ifaçılar var. Ad çəkməyi lüzum bilmirəm. Kiminsə adını çəkib, digərini unudaram məndən inciyə bilər. Siz də onları yaxşı tanıyırsınız. Bəzi müğənnilərimizin yüngül janrda olan mahnılara meyllənməsi məni narahat edir. Gənclərimizə tövsiyə edərdim ki, bizim xalq musiqimizin özəyi olan muğamlarımızı mütləq öyrənsinlər. Muğamlarımızı bilməyən sənət adamı çətin ki, azərbaycanlı olduğunu sübut edə bilsin.  O sənətçi öndə gedə bilir ki, o muğamdan xəbərdardır”.  

Xatırladaq ki,Nadir Bayramlı ən son “İlk bahar gəldi” adlı klipini təqdim etmişdi.

Bununla bağlı süjetə aprelin 5-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

349 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr