Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Xarici görünüşümü yox, sənətimi ortaya qoymaq istəyirəm" - aktyordan iddialı açıqlama

06-04-2018


Aktyor Rəşad Kəsəmənli  MUZ TV Azərbaycan kanalına verdiyi müsahibədə ekrana yeni serialla qayıdacağını bildirib.
 
Muztv.az xəbər verir ki, aktyor özünü  film və seriallarda fərqli obrazda görmək istədiyini  bildirib:

“Çox insan filmdə özün qəhrəman kimi görmək istəyir. Xanımlar gözəl, kişilər isə daha yaraşıqlı görsənməyə çalışırlar. Amma inanın peşəkar olan aktyor bunu düşünməz. Mənim şəxsən ən böyük arzum ruhi xəstəni canlandırmaqdır. İstəyərəm elə səhnə çəksinlər ki, məni mən olmaqdan çıxartsın. Xarici görünüşümü yox, sənətimi ortaya qoyum”.
 
Rəşad Kəsəmənli müsahibəsi zamanı bir insana bənzəmək artistlik etmək, o insana çevrilmək isə aktyor olmaqdır deyib:

“Bizim rejissorlar cəmiyyətin təlabatını nəzərə alırlar. Hazırda insanlarımız gülüşə deyil, ucuz gülüşə qaçır. Hansı ki o zarafatları biz çayxanada edirik. Bunlarında ömrü qısa olur. Amma indi triller, ağır dram çəkmək tamaşaçıların müəyyən qisminə maraqlı gələcək və buda büdcə gətirməyəcək.Özümə gəldikdə isə əminəmki mən bu rolda oynaya bilərəm. Hər gün məşq edirəm. Bir gün məndə belə senaridə oynamaq istəyərəm".

Bununla bağlı süjetə aprelin 6-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

 

366 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr