Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Bakıya təşrif buyuran türkiyəli rejissorla görüş keçirildi - reportaj 

04-04-2018


“Delibal”, “Cesur və Güzel”, “Medcezir”, “Ufak Tefek Cinayetler” kimi məşhur ekran əsərlərinə imza atmış türkiyəli rejissor Ali Bilgin Bakının qonağıdır.

Muztv.az xəbər verir ki, ötən gün Nizami Kino Mərkəzində seminar təşkil olunub, rejissorla görüş keçirilib.

Ali Bilgin media əhlini başına toplayaraq onların suallarını cavablandırıb.

Tədbirə Əməkdar Artist Dilarə Əliyeva, aktyorlar Elşən Rüstəmov, Şəhriyar Əbilov, ssnearist Fariz Əliyev və başqa simalar qatılaraq suallarını Ali Bilginə ünvanlayıblar.

Bakıda olduğundan kifayət qədər məmnun qaldığını söyləyən məşhur rejissor söhbətinin əvvəlində sənətində bu pilləyə necə çatmasından söz açıb.

O, daha sonra jurnalistlərin “sizin işlərinizi ən çox işıqlandıran jurnalistlərdir, niyə onları hansısa baş rola çəkmirsiniz” sualını cavablandırıb:

“Çünki çox az insanın həyatında jurnalist tanışı olur. Həkim, hüquqşünas və digər peşələrdə çalışan insanları daha çox qabardırıq”.

Rejissor bildirib ki, ona təklif olunan ekran əsərinin ssenarisi çox əhəmiyyətlidir:

“İllərdir eyni şirkətlə çalışıram. Rejissor olsam da, təbii ki, mənə təklif olunan ekran əsərlərinin ssenarisi çox vacibdir. Baxırıq, müzakirə edirik. Əgər bu bizi və sonra tamaşaçını həyəcanlandıra biləcəksə, yola çıxırıq. Məkan, kastinq hər şeyi birgə çəkçevir edirik. Çalışırıq ki, ortaq bir dünya, ailə qura bilək. Hərdən aktyorların xəstələnməsi, hava şəraiti və s. çəkilişlərə mane ola bilər amma səbr və sevgi ilə işimizə davam edirik. Olur ki, həftənin 5 günü 22 saat çəkilişlərdə oluruq. Bu zaman iki heyətlə çalışırıq”.

Ali Bilgin yaratdığı açıq-saçıq və ya “xəyanət” kimi obrazlarla tamaşaçıya heç də mənfi təsir göstərmədiyini vurğulayıb:

“Xəyanət kimi obrazları yaratmağımız bunu real həyatda tərənnüm etməyimiz demək deyil. Hər kəs bilir ki, belə səhnələr real deyil. O ki qaldı açıq-saçıq səhnələrə, axı biz efir vaxtımızı düzgün təyin edirik. Səhnələrdə aşırı“sevişmə yoxdur”. Öpüşmə isə normal şəkildə təqdim olunur. Üstəlik efir saatını da uşaqların yatan vaxtına təyin edirik."

Xatırladaq ki, Ali Bilgin Azərbaycanda sevilən “Ufak Tepek Cinayetler” serialının növbəti mövsümdə də davam edəcəyini bildirib.

Bununla bağlı süjetə aprelin 4-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 

363 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr