Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Aparıcı gəlib aktyor olur, çörəyimizə bais olur...” - Şəhriyar Əbilov iradlara cavab verdi

03-04-2018


Teleaparıcı Şəhriyar Əbilov MUZ TV Azərbaycan kanalına ən son rol aldığı “Mən Klounam” filmindən danışıb.

Muztv.az xəbər verir ki, aktyor obrazının öhdəsindən kifayət qədər uğurla gəldiyini söyləyib:

“Filmin təqdimatından sonra Xalq, Əməkdar artistləri zəng edib bəyəndiklərini, hətta ağladıqlarını da dedilər. Filmin ağır olduğunu, elə bu səbəbdən də ikinci dəfə izləyə bilməyəcəklərini desələr də, rolumun öhdəsindən kifayət qədər uğurla gələ bildiyimi etiraf etdilər. Hətta mənim kimi tərzi olan oğlanın o cür bədbəxt insan obrazımı yarada biləcəyimi öncədən inana bilmədikərini dedilər. Çalışacam ki, barəmdə o cür rəy bildirən insanları təəccübləndirməyə davam edim”.  

Daim səliqəli görünüşü ilə seçilən Şəhriyar onu aktyor kimi qınayanlara cavab verib:

“Elələri var ki, baxıb deyirlər, buna bax, aparıcı gəlib aktyor olur, çörəyimizə bais olur. Bu fikirləri qəbul etmirəm, hər kəsin öz çörəyi, ruzisi var. Əgər mənim yerimdə ola bilmirsinizsə, bu mənim deyil, məhz sizin probleminizdir”.

Yaraşıqlı ulduz dram janrında olan filmlərə rol alan aktyorların bir müddət qurban getmələrinin sirrini də açıqlayıb:

“Qoy biz qurban gedək. Hər dəfə dram janrında olan filmlərə çəkilək ki, nə vaxtsa bu tərz qəbul olunsun. “Mələyin Öpüşü” ilk dramlardandır. Dram yaxşı olanda baxılır, sevilir”.  

Xatırladaq ki, Şəhriyar Əbilov hazırda “Lal Yuxu” serialında çəkilir.

Bununla bağlı süjetə aprelin 3-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

552 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr