Aktrisa avtomobil almağa pulu çatmadı
Maykl Ceksonun corabları 1 milyon dollara satılır - foto
Nüşabə Əlsəgərli qızının "hə"sini verdi
Corc Mayklın ölümündən sonra mahnısı işıq üzü gördü

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Prodüserliyə son qoyan Təranə Səmədova biznesə başlayıb - özəl

04-04-2018


Prodüser Təranə Səmədova MUZ TV Azərbaycan kanalına yeni işləri barədə açıqlama verib.

Muztv.az xəbər verir ki, o, şou-biznesdən uzaqlaşdığını açıqlayıb. Bəs görəsən, prodüserliyin daşını atan prodüser hansı işlə məşğul olacaq?

O bildirib ki, bu aləmdən bacardığım qədər uzaqlaşıram: "Şou-biznesdə olanların və kanrdan müğənnilik etmək istəyənlərin maddi vəziyyəti məni qane etmir. Öz biznesim ilə məşğul oluram. Xeyli müddətdir düşünürdüm travel edim sonra gördüm ki mənlik deyil. Qaranlıq meşə kimi gəlir. Ona görə onu ikinci plana saxladım. Maşın icarəsi şirkəti açdıq onunla məşğul oluram".

Təranə Səmədova bu sahədən uzaqlaşmasına səbəb qonorarların azlığını göstərib:

"Hazırda olunan təkliflərdə pul məni qane etmir. Yetərincə tanınmış insanam hamı elə bilir mənim milyonum var. Olmayan pulumdan istifadə etmək istəyənlər var".

Prodüser ondan kömək istəyənlərdən və vaxtında məşhurlaşmasında rolu olanların naxələfliyindən də söz açıb:

"Kimsə gəlib deyəndəki mənə kömək et istedadım var.  Vaxtında o qədər kömək etmişəm indi heç yadlarına düşmürəm. Ona görə daha təşəkkürsüz işdən uzaqlaşmışam. İndi biznesim avtomobil ilə bağlıdır. Onlar dəmirdəndir, məndən üz  çevirib getməyəcəklər".

Bununla bağlı süjetə aprelin 4-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyev

340 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Noyabr






































12 Noyabr