"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Elza “Canavar” şeirinə aydınlıq gətirdi: “Bu, mənim yox, Mikayıl Müşfiqin şeiridir” - özəl  

03-04-2018


Ekstravaqant müğənni, Əməkdar Artist Elza Seyidcahan ənənəsinə sadiq qalaraq qeyri-adi geyimdə kamera qarşısına keçərək ismarıcları ilə gündəm yaratmağa çalışıb.

Muztv.az xəbər verir ki, o, müsahibəsində sifətinə taxdığı maskadan danışıb: “Üzümdəki o biri maskalardan deyil, şəffaf maskadır. Bununla mənim daxilimi görə bilərsiniz. Hər zaman mənim maskam var. Hazırda taxdığım maska tüldəndir. Ona görə, maskanın tüldən olmasının qorxusu yoxdur.” 

Sənətçi bu odlu-alovlu açıqlamasını Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıda səhnəyə qoyulan məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” adlı mono-tamaşadan əvvəl verib.  Elə tamaşanın bəstəkarı da Seyidcahan özüdür:

“Rəşad müəllimdən təklif alanda çox sevindim. Bilirsiniz ki, mənim evdə Səmərrux adlı balaca nəvəm var. Bu cür gözəl tamaşaya mahnı bəstələmək üçün o, mənə daha da ruh verdi.  Bu gün, tamaşa yeni quruluşda, Əməkdar Artist Ülviyyə Əliyevanın (Keyxanım) iştirakı ilə mono-tamaşası olacaq”.

Mikayıl Müşfiqin məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla izləyicilərin görüşünə gəlib. Hətta, Əməkdar Artist Elza Seyidcahan bir məsələyə də aydınlıq gətirib:

“Tamaşadakı mahnıdan bir az zümzümə etmişdim. Böyük marağa səbəb olmuşdu. Hər kəs deyirdi, “Elza, acam, ac. Canavar, acam, ac”. Hamı deyirdi ki, Elzanın “Canavar” şeiri. Amma, bu, mənim yox, Mikayıl Müşfiqin şeiridir”.

Bununla bağlı süjetə aprelin 2-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

451 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr