"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Orxan Babazadə sevənlərinin qarşısına fərqli ifa ilə çıxacaq - duet müjdəsi

03-04-2018


Müğənni Orxan Babazadə MUZ TV Azərbaycan kanalına verdiyi müsahibədə sevənlərinə yaxın zamanda yeni duet təqdim edəcəyini bildirib.

Muztv.az xəbər verir ki, o ilk dəfə xanım müğənni ilə birgə əməkdaşlığa imza atacağını deyib:

"Çox maraqlı və fərqli bir ifa olacaq. Yayda təqdim edəcəyimə görə, dinamik mahnıdır. Düşünürəm ki, uğurlu iş olacaq. Əslində, açıqlamaq istəmirdim, amma deyim. Duet ortağım Mənsumə Məmmədova (Damla) olacaq. Bundan əlavə kliplər də gözlənilir. 

Orxan Babazadə bu günlərdə konsert proqramı ilə çıxış edəcəyinin müjdəsini də verib:

"Yaşıl teatrda konsert verməyi düşünürəm. Müğənni təkcə efir və toy şənliklərində iştirak etməli deyil. Üzərində çalışmalıdır, konsert verməlidir. Qırxa yaxın mahnım var. İyirmisini oxusam iki-üç saat vaxt edir".

Bununla bağlı süjetə aprelin 3-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva,
Nilufər Məmmədli

470 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr