Aktrisa avtomobil almağa pulu çatmadı
Maykl Ceksonun corabları 1 milyon dollara satılır - foto
Nüşabə Əlsəgərli qızının "hə"sini verdi
Corc Mayklın ölümündən sonra mahnısı işıq üzü gördü

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Türkiyə telekanalında aparıcılıq edən model Günay Musayeva yeni proqramını təriflədi - özəl

30-03-2018


Qardaş ölkə Türkiyədə təşkil olunan möhtəşəm dəfilələrdə podiuma geyindiyi sinə dekolteli libaslarla çıxaraq gündəmdən düşməyən model Günay Musayeva bu dəfə də cazibədar görünüşü ilə diqqət mərkəzinə düşüb.

Muztv.az xəbər verir ki, modelyer Rüfət İsmayılla birlikdə Türkiyənin “Beyaz TV” kanalında “Tarzın olsun” adlı dəb verilişinin aparıcılığını edən model MUZ TV Azərbaycan-a müsahibəsində yeni proqramından ağız dolusu danışıb:

“Verilişimiz hər bazar günü “Beyaz TV”də yayımlanır. Artıq 6-cı buraxılışımıza keçmişik. Azərbaycandan da izləyicilərimiz var. Dəblə bağlı bir proqramdır. Hər həftə türkiyənin tanınmış sənətçilərindən birini qonaq çağırırıq”.

“Tarzın olsun” verilişinin əvvəlki buraxılışlarında daha çox türkiyəli müğənnilərin qonaq qismində dəvət olunması maraq doğurur. Bəs, görəsən verilişdə azərbaycanlı sənətçilərə də yer veriləcəkmi?

“Azərbaycandan Nərgiz Cəlilova qonağımız olacaq”.

Müsahibə ərzində Günayın türk dilində danışması diqqətdən yayınmır. Hətta Musayeva fikrimizlə razılaşmayıb, özünü haqlı çıxartmağa çalışıb:

“Mən həmişə Azərbaycan dilində yaxşı danışmağa çalışıram. Sadəcə, siz bunu başqa yerə yozursunuz”.

Nə deyirik, Günay xanım, təki öz ana dilini unutmayasınız və daim yaşadasınız.

Bununla bağlı süjetə martın 30-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova

 

920 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Noyabr






































12 Noyabr