Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Müğənni Yaşar Yusub hansı ölkələrə daha çox səfər etməsinin sirrini açdı - özəl

29-03-2018


Müğənni Yaşar Yusub MUZ TV Azərbaycan kanalına sənəti ilə bağlı maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, sənətçi bayram günlərində Rusiyada baş tutan konsert təəssüratlarından danışıb:

“Bu yaxınlarda Rusiyada Azərbaycan və Türkiyə müğənnilərinin konserti baş tutdu. Səhnəyə ilk təşrif buyuran müğənnilər sırasında mən də var idim. Orada yaşayan həmvətənlərimizlə görüşdük, birgə mahnı oxuduq, şəkil çəkdirdik. Düşünürəm ki, onların ürəylərini fəth edə bildik”. 

Yaşar yerli sənətçilərimizin daha çox Türkiyə və Rusiyaya səfər etməsinin sirrini də açıqlayıb:

“Ümumiyyətlə, hara getsək də, bu ya toy, ya da konsert üçün baş verər. Yəqin ki, rusların və türklərin dillərini bildiyimiz üçün səfərlərimiz də daha çox Rusiya və Türkiyəyə olur. Əslində mən Amerikada da olmuşam. Hansı ölkəyə dəvət olsa, ora da sevə-sevə gedərik”. 

Xatırladaq ki, Yaşar Yusub prodüser Anar Mədətovla yeni işbirliyinə başlayıb.  

Bununla bağlı süjetə martın 29-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

445 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr