"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Bakıda baş tutan “Məşhur Gəlin” filminin qala gecəsindən reportaj+foto

28-03-2018


Bakıda “Məşhur Gəlin” adlı komediya janrında çəkilən filmin qala gecəsi baş tutub.

Muztv.az xəbər verir ki, bir çox yerli məşhurların rol aldığı ekran əsərinin təqdimatı izdihamla reallaşıb.

MUZ TV Azərbaycan kanalına müsahibə verən filmin layihə rəhbəri, teleaparıcı Cavid Gül ekran əsərinin son illərdə çəkilən komediya filmləri ilə rəqabət aparacağını iddia edib:

“Azərbaycanın bütün məşhurları bu filmdə rol alıb. Ekran işi əsasən, Afaq Gəncəli, Mənsur Şərif və Rəsulun üzərində qurulub. Afaq öz rolundadır, Mənsur isə onun pərəstişkarıdır. Onun iki ən böyük arzusu var, biri Afaqı görmək, o birisi isə yenə də həmin arzudur. Filmdə bu reallaşır. Sonda hadisələr necə cərəyan edəcək, onu baxıb biləcəyik. Son aylarda təqdim olunan komediya janrında filmlərin hamısına baxmışam. Bu film onlardan zəif deyil. İlk üçlük və ya beşlikdə olacaq filmlərdəndir. Özüm baxıb gülmüşəmsə, tamaşaçı da gülər. İnşallah ki, yumurta, pomidor atmayacaqlar (gülür) ”. 

Filmin digər prodüseri Sarvan Allahverdiyev filmə çəkilən xərci açıqlamaqdan imtina etsə də, məbləğin 100 min civarında olduğunu dilə gətirib:

“Filmə çəkilən məbləği açıqlamaq istəmirik. Normal bir büdcə ilə çəkmişik”.

Baş rol ifaçısı Afaq Gəncəli və filmdə epizodik rol alan Nərgiz Məmmədova xoş təəssüratlarını bölüşərək  yarı zarafat, yarı ciddi şəkildə aldıqları qonorardan söz açıblar.

Afaq Gəncəli: “Çəkilişlər çox maraqlı keçdi. Nəticə xoşa gələcək bilmirik amma ümidliyik. Komanda da hər kəs dostlardır. Mənə elə gəlir ki, gözəl olacaq. Mənə təklif Cavid Güldən gəldi. Dostlarımıza  4 əlli “hə” deyirik. Qonorar sirr olaraq qalsın. Çünki dost olan yerdə belə söhbət aparmıram ”.

Nərgiz Məmmədova: “Afaq elə sıfırlı qonorar alıb ki, söyləməkdən qorxur. Maşınını dəyişsə, yeni ev alsa, aldığı pulu da təxmin edə bilərsiniz (gülür). Özümə heç vaxt aktrisa demirəm. Amma görürəm ki, serialdan çıxıb filmə də çəkilirəm. Filmdə epizodik obrazım var idi, Cavidə “yox” deyə bilmədiyimə görə razılaşdım”.  

Ekran əsərində rol alan aktyor-aparıcı Şəhriyar Əbilov özünü fərqli janrlarda sınamaq istədiyini deyib:

“Fikirləşirəm ki, aktyor özünü hər obrazda sınamalıdır. Bir simalı aktyorları sevmirəm. Mənim üçün o zəiflikdir. Bu filmdə isə həm komediyantam, həm də hadisələr məni bir az gülməli edir. Bilmirəm necə alınıb, yenə də deyirəm, obrazlarımı o qədər də sevmirəm. Əminəm ki, bu filmdə də fərqli bir şey yarada bilmişəm ” .  

Təqdimata qatılan müğənni Yaşar Yusub və teleaparıcı Hacı Nuran Hüseynov dostlarına uğurlar arzulayaraq, filmdən yüksək gözləntilərinin olduğunu söyləyiblər:

Hacı Nuran Hüseynov: “İnanıram ki, dostlarım öz rollarının öhdəsindən yüksək səviyyədə gəlib. Afaq illərdir, efirdə. Əminəm ki, 1 ildən sonra ekran əsərinin milyonu keşəcək baxış sayı olacaq”.

Yaşar Yusub: “Bu filmin yayımını çoxdan gözləyirdim. Çəkiliş proseslərinin göz şahidi olmasam da, qulaq şahidi olmuşam. Yayım uzansa da, əsas odur ki, nəticə uğurlu alındı. İştirak edən bütün dostlarıma uğurlar arzu edirəm”. 

Xatırladaq ki, filmin layihə rəhbəri aparıcı Cavid Gül, rejissoru isə Rafael Bağıroğludur.

Bununla bağlı süjetə martın 28-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva















774 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr