Aktrisa avtomobil almağa pulu çatmadı
Maykl Ceksonun corabları 1 milyon dollara satılır - foto
Nüşabə Əlsəgərli qızının "hə"sini verdi
Corc Mayklın ölümündən sonra mahnısı işıq üzü gördü

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Hər adama dost deyə bilməyən Dilarə Kazımova: "Səs diapozonum genişdir" - iddia   

28-03-2018


“Eurovision 2014” mahnı müsabiqəsinin iştirakçısı Dilarə Kazımova Azərbaycanı 2016-cı ildə həmin yarışmada təmsil edən həmkarı Səmra Rəhimli ilə bağlı maraq doğuran açıqlamalar verib.

Muztv.az xəbər verir ki, açıq-saçıq geyim tərzləri ilə ağılları başdan çıxaran iki cazibədar xanım sənətçi arasında, sən demə, isti münasibət yoxdur:

“Bizim o qədər də, yaxın münasibətim yoxdur. Sadəcə bir-iki dəfə bir-birimizi görüb, dəstək olmuşduq. Amma dost deyilik. Mənim bir-iki çox yaxın dostum var. Ona görə, hər adama dost deyə bilmirəm”.

Bir müddət əvvəl Səmra Rəhimli müsahibələrinin birində adının brend olduğunu iddia etmişdi. Dilarə Kazımova isə həmkarının bu fikrinə qarşı çıxaraq öz mövqeyini belə ifadə edib:

“Əgər brend olduğunu təsdiqləyibsə, belə də olsun. Nə deyə bilərəm ki? Məncə, bunu ən vacib pərəstişkarlar deməlidir. Əgər mənə deyirsizsə, sizin səsinizdə xırıltı var və bu heç kəsdə yoxdur, onda mən başa düşürəm ki, bu, belədir. Bu, çox vacibdir. Deməli, bu səsimin brendidir. Əsas səsin diapozonudur. Bilirəm ki, səs diapozonum genişdir. Çünki Azərbaycan Milli Konservatoriyasını opera ifaçısı kimi bitirmişəm. Yəni, səsin içində səs olmalıdır. Məncə, bu, brenddir”.

Səmra Rəhimlinin səsinin brend olduğunu düşünən Dilarə Kazımovaya cavab verib-verməyəcəyi isə növbəti verilişlərimizdə aydın olacaq.

Bununla bağlı süjetə martın 28-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova

 

881 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Noyabr






































12 Noyabr