Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Əbdül Xalid duet üçün kişi müğənnilərə üstünlük verir: "Xanımlara inanmıram" - özəl

27-03-2018


Müğənni Əbdül Xalid sənət fəaliyyətindəki yeniliklər barədə MUZ TV Azərbaycan kanalına özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, ifaçı yaxın zamanda həmkarı Əhməd Mustafayev ilə duet ifa edəcəyini söyləyib:

“Mahnını seçmişik və üzərində işlər gedir. Bundan əlavə bir neçə duetim də gözlənilir. Yaxın zamanda yaxşı işlər təqdim olunacaq”.

Müğənni xanım həmkarları ilə birgə iş görmək istəməməsindən də söhbət açıb:

“Xanımlara inanmaq olmur. Tez "atıb" qaçırlar. Düşünürəm ki, kişi ilə duet daha yaxşı alınar”.

 Əbdül Xalid duet ifa etmək üçün arzuladığı ifaçını tapa bilmədiyini dilə gətirib:

“Arzusunda olduğum müğənni yoxdur. Əməkdar Artist Tünzalə Ağayeva ilə oxumuşam, mənə kifayət edib”.

Bununla bağlı süjetə martın 27-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

416 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr