Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Afrikadan qız alıb gətirəcəyəm" - Samir Cavadzadə təndirə düşmək istəmir...” 

27-03-2018


Azərbaycanın ilk “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Samir Cavadzadə MUZ TV Azərbaycan kanalına şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, evliliyi qismətə bağlayan S.Cavadzadə hələ tələsmədiyini söyləyib: 

“Bilmirəm evlilik nə zaman qismət olacaq amma qismətdən qaçmaq olmur. Mən tələsmirəm”. 

Təndirə düşmək istəmədiyini deyən xarizmatik ifaçı sənət yoldaşı ilə ömrünü birləşdirən həmkarlarına pis baxmadığını da dilə gətirib:

“Şəxsi həyatımda kimsə olsa, təndirə düşmək istəmirəm. Arzulayıram ki, hər şeyin ən gözəli qismətim olsun. Necə ki, indi tələsmirəm, yəqin ki, evlənməkdə də tələsməyəcəm. Sənət yoldaşları ilə evlənənlərə pis baxmıram. Hər şey ola bilər. Arada anama deyirəm ki, Afrikadan qız alıb gətirəcəm, deyir Samir sən bunu edərsən, inanıram (gülür) ”.   
 
S.Cavadzadə münasibətdə olan yersiz qısqanclıqlardan qaçaraq seçəcəyi xanımın öncə onun sənətini başa düşməsini istəyib:


“Fikirləşirəm ki, seçəcəyim xanım içdən gözəl olmalıdır. Biz biri-birimiz üçün ən yaxın dost olmalıyıq. Aramızda inam olmalıdır. Münasibətimizdə yalan olmasın. Boş yerə olan qısqanclıqlar da lazımsızdır. Mən elə bir sənətdəyəm ki, burada qisqanclıqlar çox baş verir. Gərək bunları anlasın, məni başa düşsün. Bilirəm ki, çox xanımlar üçün belə bir bəyi seçmək çətindir”.  

Xatırladaq ki, güclü səs deapozonuna malik olan Samir Cavadzadə bir müddət əvvəl onu “tənbəl” adlandıranlara sərt iradını bildirmişdi.

Bununla bağlı süjetə martın 27-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva

495 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr